Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-370/2023 13.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi Vəsatət vermiş şəxsin nümayəndəsi və vəkili X4, Qərarından şikayət verilmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X2 nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, X4 barəsində olan inzibati xəta haqqında qərardan şikayət vermə müddətinin bərpası barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X2 xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 AZN məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X6 qeyd olunan qərardan şikayət vermişdir. Bununla bərabər, X6 qeyd olunan qərardan buraxılmış şikayət verilməsi müddətinin bərpası barədə vəsatət də vermişdir. Qərardan şikayət və vəsatət xx.xx.2023-cü ildə imzalanmış, xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. X6 müddətin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, o qərarı 17 yanvar 2023-cü ildə almışdır. Üzrlü səbəbdən qərardan şikayət vermə müddətini ötürmüşdür. Belə ki, səhhətiylə əlaqədar olaraq ev şəraitində müalicə almışdır. Ona görə də üzrlü səbəbdən müddəti ötürmüşdür. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərardan şikayət verilməsi üçün buraxılmış müddətin ötürülməsini üzrlü hesab edərək bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət vermə müddətinin bərpası barədə vəsatətə baxılması ilə əlaqədar məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında vəsatət vermiş şəxsin vəkili Nümayəndə3 buraxılmış şikayət vermə müddətinin bərpası barədə vəsatəti müdafiə edərək prosessual müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə1 bildirdi ki, şəxs özü şəxsən müfəttişlikdə olmuş və qərarı almışdır. Onun qərarı alması ilə bağlı sənəd də mövcuddur. Ona izah edilmişdir ki, 10 gün müddətində şikayət verilə bilər. Buna görə də şikayət vermə müddətinin bərpası barədə vəsatətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxsin digər nümayəndəsi Nümayəndə2 da müddətin bərpa olunmamasını xahiş etdi. Məhkəmə vəsatəti və müddətin buraxılmasının dəlillərini, eləcə də, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X2 xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarından şikayət verilməsi müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Belə ki, verilmiş şikayətdən, vəsatətdən və qərarın surətindən görünür ki, qərar xx.xx.2023-cü ildə qəbul olunmuş və həmin gün qərarın surəti məktuba imza edilməklə X5 təqdim edilmişdir, lakin X6 şikayəti və vəsatəti xx.xx.2023-cü il tarixdə məhkəməyə vermişdir. X1 müəyyən edilmiş müddətdə şikayət verməmişdir. Şikayət verilməsi ilə bağlı prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə buraxılmış prosessual müddətin bərpası üçün heç bir qanuni əsas görmür və vəsatətin rədd olunması nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118, 130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X2 xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından buraxılmış şikayət verilmə müddətinin bərpası barədə vəsatəti rədd edilsin, buraxılmış prosessual müddət bərpa edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-370/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-370/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver