Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3704/2021 25.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi polis leytenantı X1, zərərçəkmiş şəxs Mamedova (Mahmudova) Esmira Mürvət qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Zəngilan rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, Yenikənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 18-c mikrorayon, 35 saylı orta məktəbdə məskunlaşaraq yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 31.08.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında 25 noyabr 2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi polis leytenantı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN seryalı ******* №li protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 01.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, 18ci mikrorayon, 35 saylı orta məktəbdə Mamedova (Mahmudova) Esmira Mürvət qızını və X4 döymüşdür. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 1ci polis bölməsinin sahə rəisi polis leytenantı X3 tətib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsni xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Mamedova (Mahmudova) Esmira Mürvət qızı izahat verərək bildirdi ki, 01.08.2021-ci il tarixdə qaynanası Şəxsn onun ailəsi ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, 18-ci mikrorayon, 35 saylı tam orta məktəbin ərazidə yerləşən evə gələrək onu və 2020-ci il təvəllüdlü oğlu X5 döyərək xəsarət yetirdiyini, bundan sonra ondan yaşadığı evi tərk etməsini tələb edərək evdən oğlu X7 ilə birlikdə çıxartdığını bildirmişdir. O və 2020-ci il təvəllüdlü oğlu Məhəmməd Mamedov həmin mübahisə zamanı xəsarət almışdır. Qeyd olunanların nəzərə alınmasını Şəxs barəsində inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilmiyərək, izahatında bildirdi ki, Mamedova (Məmmədova) Esmira Mürvət qızı ilə münasibətlərinin son zamanlar pisləşmişdi, 01.08.2021-ci il tarixdə oğlu Fərid Mamedovun evinə gələn zaman bir daha aralarında mübahisə yarandığını, mübahisənin səbəbinin isə gəlini Esmira Mamedovanın hər dəfə onun yaşadığı ünvana gəlməsinə narazılıq etməsi olduğunu bildirmişdir. Aralarında baş vermiş mübahisə zamanı Esmira Mamedovanın onun üzərinə hücum çəkən zaman özünü müdafiə etmək məqsədi ilə əl hərəkətləri ilə Esmira Mamedovaya tərəf hərəkət etdiyini bu zaman Esmira Mamedovanın qeyd etdiyi xəsarətlərin ala biləcəyini bildirmişdir. Bundan sonra o, Esmira Mamedovadan evi tərk etməsini tələb etdiyini qeyd etmişdir. Mübahisə zamanı o, xəsarət almadığını, bu səbəbdən də MTE-dan keçməkdən imtina etdiyini bildirmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, Mamedova (Mahmudova) Esmira Mürvət qızının, Şəxs tərəfindən döyülərək xəsarət alması alınmış izahatlar və ekspert rəyi ilə öz təsdiqini tapsa da, möcvud qanunvericiliyə görə Şəxs, Mamedova (Mahmudova) Esmira Mürvət qızına yetirmiş olduğu xəsarətlər dərəcəsinə görə cinayət tərkibi yaratmamışdır. Şəxs, Mamedova (Mahmudova) Esmira Mürvət qızına yetirmiş olduğu xəsarətlər dərəcəsi təyin edilmədiyindən İXM-nin 157-ci maddəsi ilə döymə hesab edilmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı polis mayoru X8 NK-1/1907 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır və məhkəmədə araşdırılan işin halları ilə təkzib edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 300,00 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3704/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3704/2021
25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver