Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3706/2021 25.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin YNHİ-u polis kapitanı X1, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 24.11.2021-ci il tarixdə vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 25.11.2021-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında göstərdi ki, 24.11.2021-ci il tarixdə saat təxminən 15:50 radələrində sürücü Şəxs Sumqayıt şəhəri, S.Vurğun küçəsində hərəkətdə olan zaman sağa manevr edib dönən zaman idarəetməni itirərək səki daşına və urğun küçəsində hərəkətdə olan zaman sağa manevr edib dönən zaman idarəetməni itirərək səki daşına və yol nişanına vuraraq əzmiş, maddi ziyan yetirmişdir. Yoxlama zamanı sürücünün avtomobili etibarnamə olmadan və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunmuşdur. Bununla bağlı sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə akt tərtib olunaraq iş materiallarına əalvə edilmişdir. Buna görə də vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Şəxs izahatında bildirdi ki, X2 məxsus olan Mercedes markalı ** CG *** nömrə nişanlı 24.11.2021-ci il tarixdə saat 15:50 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə “Simurq” şadlıq evi istiqamətində hərəkət edirmiş. Ləman mebelin bərabərliyində patrul maşını görmüş, bu zaman maşını etibarnaməsiz və psixotrop maddənin təsiri altında idarə etdiyi üçün həyəcanla sürətini artırmış, Bərpa xəstəxanasının yanında surətini daha da artıraraq sağa manevr edib dönərkən surəti çox olduğundan idarəetməni itirmiş və yolun kənarında olan yol nişanına və daş səkiyə çırpılmışdır. Hadisədən bir neçə dəqiqə sonra patrul maşını ona yaxınlaşmış, əməkdaşlar ondan sənədləri tələb etmiş, o da sürücülük vəsiqəsini təqdim etmişdir. Hadisə ilə bağlı tibbi müayinədən də keçmişdir. Müayinə nəticəsində onun psixotrop maddə olan metamfetamin qəbul etdiyi aşkar olunmuşdur. Hazırda əməlindən səmimi peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan 24.11.2021-ci il tarixli, AP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 24.11.2021-ci il tarixdə saat təxminən 15:50 radələrində sürücü Şəxs Sumqayıt şəhəri, S.Vurğun küçəsində hərəkətdə olan zaman sağa manevr edib dönən zaman idarəetməni itirərək səki daşına və urğun küçəsində hərəkətdə olan zaman sağa manevr edib dönən zaman idarəetməni itirərək səki daşına və yol nişanına vuraraq əzmiş, maddi ziyan yetirmişdir. Yoxlama zamanı sürücünün avtomobili etibarnamə olmadan və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunmuşdur. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, qəza baş verən zaman sürücünün spirtli içkinin və ya narkotik vasitənin təsiri altında olub-olmadığı yoxlanılmış, yoxlama zamanı onun nəqliyyat vasitəsini psixotrop maddənin təsiri altında idarə etdiyi məlum olmuşdur. Belə ki iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Narkoloji Dispanserinin 24.11.2021-ci il tarixli 10473 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktına əsasən hadisə zamanı Şəxs psixotrop maddənin qəbulu faktı aşkar olunmuşdur. Beləliklə, inzibati xəta haqqında protokoldan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən görünür ki, vətəndaş Şəxs nəqliyyat vasitəsini psixotrop maddənin təsiri altında idarə etməsi nəticəsində maddi zərər vurması tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. İş materiallarına əlavə edilmiş 12 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş müayinə aktının surətindən görünür ki, Şəxs İİİ dərəcə əlilliyi vardır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs məsuliyyətini yüngülləşdirən hal onun İİİ dərəcə əlilliyinin olması və səmimi peşmançılığıdır. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və Sumqayıt şəhəri 1 saylı Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3706/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3706/2021
25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver