Məhkəmə qərarları › İş №3(060)-371/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-371/2021

28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-371/2021 28.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş hüquqi şəxs “Azərsu”ASC-nin nümayəndəsi şəxs X1 iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Sumqayıt şəhəri, Nizami küçəsi 19 C, məhəllə 6-da yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci və 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, müxtəlif vaxtlarda Sumqayıt şəhəri ərzəsində müxtəlif yerlərdən 19 ədəd hər birinin qiyməti 88 manat 58 qəpik olan mexaniki su sayğaclarını oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü tam təqsirli bilərək bildirdi ki, protokollarda göstərilən vaxtlarda Sumqayıt şəhəri ərzəsində müxtəlif yerlərdən 19 ədəd hər birinin qiyməti 88 manat 58 qəpik təşik edən mexaniki su sayğaclarını oğurlamışdır. O, hal-hazırda törətdiyi əməldən səmimi olaraq peşmandır və bir daha oğurluq edib belə hallara yol verməyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “Azərsu” ASC-nin nümayəndəsi şəxs X3 izahat verərək bildirdi ki, Kişiyev X2 şəhəri ərzəsində müxtəlif yerlərdən 19 ədəd hər birinin qiyməti 88 manat 58 qəpik təşik edən mexaniki su sayğaclarını oğurlamışdır. Şəxs qanunauyğun qaydada cəzalandırılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, proses iştirakçılarının izahatı, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci və 3-cü Polis bölmələri tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li, xx.xx.2021-ci il tarixli MN seriyalı ******* №-li protokollarla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər”və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə”üç ayadək”müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l dı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 14:20-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar