Məhkəmə qərarları › İş №3(060)-371/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-371/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-371/2025 01.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli “inzibati tənbeh tətbiq etmə haqqında” qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli “inzibati tənbeh tətbiq etmə haqqında” qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 müdafiəçisi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil elektron məhkəmə sisemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq şikayətləri üzrə sübutlarını toplayaraq təkrar şikayətlə məhkəməyə təqdim etmələri üçün vaxta ehtiyaclarının olmasını, buna görə də hazırda verdikləri şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X7 bildirmişdir ki, təqdim etdikləri sübutlar ilə X2 inzibati xəta törətməsi öz təsdiqini tapır, X8 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli “inzibati tənbeh tətbiq etmə haqqında” qərarı qanuni və əsaslıdır. Ona görə də qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti araşdırıb, şikayət vermiş şəxsin müdafiəçisinin inzibati tənbeh vermə haqqında qərardan şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-Xızı regional Şöbəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli “inzibati tənbeh tətbiq etmə haqqında” qərarından X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar