Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3712/2021 10.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidmətinin etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidmətinin inzibati xəta haqqında 18 noyabr 2021-ci il tarixli, MN № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidməti (bundan sonra mətndə Dövlət əmək müfəttişliyi xidməti) tərəfindən hüquqi ünvanı ünvan 1ud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 469.2-ci maddəsinə əsasən 18 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Dövlət əmək müfəttişliyi xidməti tərəfindən "xxxx" MMC barəsində tərtib olunmuş 18 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 26.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. İnzibati xəta haqqında işə baxılması 08 dekabr 2021-ci il tarixə təyin olunmuş, lakin sübutların təqdim olunması ilə bağlı işin baxılması 10 dekabr 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında Dövlət əmək müfəttişliyi xidmətinin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Dövlət əmək müfəttişliyi xidmətinin etibarnamə üzrə nümayəndəsi "xxxx" MMC-nin barəsində İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq MMC barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında göstərdi ki, orta ixtisas təhsili müəssisələri fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı "xxxx" MMC-nin Sumqayıt “ASAN xidmət” mərkəzi vasitəsilə 26 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət olunmuşdur. Lisenziyanın verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət olunmuş və lisenziyanın verilməsi üçün müraciət olunan ünvan 2 ünvanında yerləşən obyektdə vəziyyətin qiymətləndirilməsinin nəticəsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən tədris prosesinin təşkili və təhsilin məzmununun qanunvericiliyin tələblərinə uyğunluğu və digər aidiyyəti məsələlərə dair məlumat müəssisə tərəfindən təqdim edilməmiş və bu səbəbdən onların qiymətləndirilməsi mümkün olmamışdır. Ümumiyyetlə "xxxx" MMC-də işçilər qeydiyyata alınsa da MMC fəaliyyəti təmin olunmadığından işçilərə əmək haqqı veriməmişdir. Hesabat çıxarışından da göründüyü kimi MMC 2-ci rüb 2021 və 3-cü rüb 2021-ci il üzrə cəmi 0,00 manat dövriyəsi olmuşdur. Hal-hazırda MMC-də qeyd olunan işçilər 09.12.2021ci il tarixdə işlərindən azad olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icaaat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə qeyd olunanların nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunu, protokol tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, “Sumqayıt özəl orta ixtisas kolleci" MMC barəsində 18 noyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolla İXM-nin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialına əlavə olunan “Sumqayıt özəl orta ixtisas kolleci" MMC-nin işçilərin işdən azad olunması haqqında 09.12.2021-ci il tarixli, 01/05 saylı əmrindən görünür ki, “Sumqayıt özəl orta ixtisas kolleci" MMC qeyd olunan işçilər 09.12.2021-ci il tarixdən tutduqları vəzifədən azad edilmişlər. İş materialına əlavə olunan bəyannamələrin hesabatların qəbul edilməsi haqqında bildirişlərindən görünür ki, 2-ci Rüb 2021 cari və 3-cü Rüb 2021-ci il üzrə “Sumqayıt özəl orta ixtisas kolleci" MMC-nin cəmi dövrüiyyəsi 00,00 manat təşkil etmişdir. İş materialına əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən “Sumqayıt özəl orta ixtisas kolleci" MMC-yə ünvanlanmış məktubundan görünür ki, “Sumqayıt özəl orta ixtisas kolleci" MMC-nin orta ixtisas təhsili müəssisələri fəaliyyəti üçün lisenziyanın verilməsi Təhsil Nazirliyi tərəfindən tədris prosesinin təşkili və təhsilin məzmununun qanunvericiliyin tələblərinə uyğunluğu və digər aidiyyəti məsələlərə dair məlumat müəssisə tərəfindən təqdim edilməmiş və bu səbəbdən onların qiymətləndirilməsi mümkün olmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.4-cü bəndinə görəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən işverən müəssisələrin və təşkilatların işçilərini qanunvericilikdə müəyyənləşdirilmiş qaydada və şərtlərlə mütləq sosial sığorta etməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi olmaqla, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. Məhkəmə işdə olan materialları tədqiq edərək hesab edir ki, "xxxx" MMC-nin barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, orta ixtisas təhsili müəssisələri fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı "xxxx" MMC-nin Sumqayıt “ASAN xidmət” mərkəzi vasitəsilə 26 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət olunmuşdur. Lisenziyanın verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət olunmuş və lisenziyanın verilməsi üçün müraciət olunan ünvan 2 ünvanında yerləşən obyektdə vəziyyətin qiymətləndirilməsinin nəticəsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən tədris prosesinin təşkili və təhsilin məzmununun qanunvericiliyin tələblərinə uyğunluğu və digər aidiyyəti məsələlərə dair məlumat müəssisə tərəfindən təqdim edilməmiş və bu səbəbdən onların qiymətləndirilməsi mümkün olmamışdır. Bundan başqa bəyannamələrin hesabatların qəbul edilməsi haqqında bildirişlərindən görünür ki, 2ci Rüb 2021 cari və 3-cü Rüb 2021-ci il üzrə “Sumqayıt özəl orta ixtisas kolleci" MMC-nin cəmi dövrüiyyəsi 00,00 manat təşkil etmişdir. “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən işverən müəssisələrin və təşkilatların işçilərini qanunvericilikdə müəyyənləşdirilmiş qaydada və şərtlərlə mütləq sosial sığorta etməsi qeyd olunsa da “Sumqayıt özəl orta ixtisas kolleci" MMC-nin tərkibində hər hansı bir vəzifədə işçi fəaliyyət göstərməsi qeyd olunmamışdır. Bununla da Müəssisə faktiki olaraq fəaliyyət göstərməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC barəsində İXM-nin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 114.2.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı ünvan 1ud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidməti tərəfindən tərtib edilmiş 18 noyabr 2021-ci il tarixli, MN № ******* inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati xəta tərkibi olmadıqığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3712/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3712/2021
10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver