Məhkəmə qərarları › İş №3(060)-3719/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3719/2021

08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3719/2021 08.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, “Elektrikqurlaşdırma müəssəsinin” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin İTÜBİ polis kapitanı Emil Vəliyev tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Xovlu İplik fabrikasının yanı, Xovlu İplik fabrikasının Qırbi olan “Elektrikqurlaşdırma müəssəsinin” (bundan sonra mətndə “Elektrikqurlaşdırma müəssəsinin”) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 347-ci maddəsi ilə 03 noyabr 2021-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, “Elektrikqurlaşdırma müəssəsinin” hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin İTÜBİ polis kapitanı Emil Vəliyev tərəfindən “Elektrikqurlaşdırma müəssəsinin” barəsində tərtib olunmuş 03 noyabr 2021-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 26.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 08 dekabr 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Elektrikqurlaşdırma müəssəsinin” nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan MMX-dan görünür ki, 12.10.2021-ci il tarixdə saat 11:38-də X1rçısı şəhər istiqamətində “X2 minik” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanma qaydalarını pozmuşdur. Protokola əlavə olunmuş sənədlərdən görünür ki, “Elektrikqurlaşdırma müəssəsinin” -yə məxsus “X2 minik” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmdan idarə etdiyinə görə İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı həmin avtomobili idarə etmiş fiziki şəxs barəsində məlumat istənilsə də “Elektrikqurlaşdırma müəssəsinin” tərəfindən Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”nin surətindən görünür ki, inzibati xəta haqqında bildirişi hüquqi ünvanı Sumqayıt şəhəri, Xovlu İplik fabrikasının yanı, Xovlu İplik fabrikasının Qırbi olan “Elektrikqurlaşdırma müəssəsinin” tərəfindən 25.10.2021-ci il tarixdə qəbul edilmiş, lakin Sumqayıt Şəhər Pİ-nin DYPŞ-yə məlumat verilməmişdir. İXM-nin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə -vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş “Elektrikqurlaşdırma müəssəsinin” barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: Hüquqi ünvanı Sumqayıt şəhəri, Xovlu İplik fabrikasının yanı, Xovlu İplik fabrikasının Qırbi olan “Elektrikqurlaşdırma müəssəsinin” (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar