Məhkəmə qərarları › İş №3(060)-372/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-372/2021

17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-372/2021 17.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Şikayət vermiş şəxs Cəfərov Namiq Rasim oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inzibati tənbeh vermə haqqında TP ******* saylı 15 dekabr 2020-ci il tarixli qərarından Cəfərov Namiq Rasim oğlunun vermiş olduğu şikayətə baxaraq müəyyən etdi: Cəfərov Namiq Rasim oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin qəbul etdiyi TP ******* saylı 15 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və barəsində aparılan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etmişdir. Cəfərov Namiq Rasim oğlunun ərizəsindən görünür ki, o, 12.12.2020-ci il tarixdə yol patrul əməkdaşı tərəfindən saxlanılaraq polis əməkdaşına Səbail rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qərarını göstərməsinə baxmayaraq barəsində AP ******* saylı protokol tərtib edilmiş və 15.12.2020-ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Səbail rayon Məhkəməsi onun barəsində tərtib olunmuş 06.02.2020-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 20 fevral 2020-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı 03.11.2020-ci il tarixdə ləğv etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı qərardan şikayət vermiş şəxs Cəfərov Namiq Rasim oğlu yuxarıda ərizəsində qeyd olunanları bir daha izahatında göstərərək Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inzibati tənbeh vermə haqqında TP ******* saylı 15 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında TP ******* saylı 15 dekabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, Cəfərov Namiq Rasim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.11 və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 03.11.2020ci il tarixli, 3 (009)-2220/2020 saylı qərarından görünür ki, Cəfərov Namiq Rasim oğlunun şikayəti qismən təmin edilmiş və Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin 06 fevral 2020-ci il tarixli, İXP ******* saylı protkolu əsasında qəbul edilmiş 20 fevral 2020-ci il ******* saylı qərarı ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinə göndərilmişdir. Həmin qərardan görünür ki, Cəfərov Namiq Rasim oğlu TP ******* saylı, 20 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Məhkəmə işdə olan sübutları tədqiq edərək hesab edir ki, Cəfərov Namiq Rasim oğlunun şikayəti təmin olunmamalıdır. Belə ki iş materiallarından görünür ki, Cəfərov Namiq Rasim oğlu 03.11.2020-ci il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 3 (009)-2220/2020 saylı qərarı ilə Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin 06 fevral 2020-ci il tarixli, İXP ******* saylı protokolu əsasında qəbul edilmiş 20 fevral 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir və həmin qərarın nəticəsi barədə məhkəməyə heç bir məlumat təqdim edilməmişdir. X1 Rasim oğlu qərardan şikayətini düzgün əsaslandırmamışdır. Beləliklə, Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Cəfərov Namiq Rasim oğlunun qərardan şikayəti təmin olunmamalı, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inzibati tənbeh vermə haqqında TP ******* saylı 15 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq, qərar verdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inzibati tənbeh vermə haqqında TP ******* saylı 15 dekabr 2020-ci il tarixli qərarı qanuni hesab edilsin və qərardan Cəfərov Namiq Rasim oğlunun vermiş olduğu şikayət təmin olunmasın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar