Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-372/2024 15.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin etibarnamə üzrə nümayəndəsi – X10 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 01 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X21 Rəhim oğlu tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X21 Rəhim oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 01 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2007-ci ildən "xxxx" MMC təsis edərək ona rəhbərlik edir. "xxxx" MMC-nin fəaliyyət göstərdiyi dövrdə hər hansı bir hüquq pozuntusuna yol verməmişdir. İşlədiyikləri dövrdə qanunvericiliyin tələblərinə tam məsuliyyətlə əməl etmişdir. Bu günədək hər hansı bir hüquq pozuntusuna yol verməyərək bütün vergiləri və icbari ödənişləri həyata keçirirlər. 2023-cü ilin may ayında "xxxx" MMCnin fəaliyyəti maliyyə çətinliyi ucbatından gördüyü işləri dəyandırmışdır, işçilərini qanunvericiliyin tələblərinə uyğun olaraq işdən azad etmiş və istehsal sahəsini "xxxx" MMC-nə icarəyə vermişdir. 2023-cü ilin sonunda hər hansı bir səbəb olmadan və araşdırma aparmadan Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları bildirmişlər ki, guya "xxxx" MMC-nin hansısa bir işçisinə 2023-cü ilin iyul ayı üçün əmək haqqı borcları qalmışdır və onlar onu ödəmədiklərindən sonuncunun şikayət ərizəsini araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsinə göndəriblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsi hər hansı bir obyektiv araşdırma aparmadan 01 fevral 2024cü il tarixdə MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul edərək qanunsuz və əsassız olaraq onu 3500 manat inzibati cərimə etmişdir. Aşağıdakı səbəblərdən hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsinin 01 fevral 2024- cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarı qanunsuzdur və ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələblərinə gürə İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar mövcuddur. Həmin məcəllənin 53.1-ci maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsi maraqlı şəxs kimi çıxış edərək hər hansı bir araşdırma aparmamışdır. Belə ki, 2023-cü ilin may ayında "xxxx" MMC-nin istehsal sahəsini "xxxx" MMC-nə icarəyə vermişdir. Belə olan halda heç cür "xxxx" MMC-nin 2023cü ilin iyul ayında işçisi ola bilməzdi. Göstərilənlərə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsinin 01 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarı ləğv edərək inzibati icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxsin nümayəndəsi və vəkili “De Fendo” Vəkil Bürosunun vəkili Vəkil şikayət ərizəsini müdafiə edərək bildirdi ki, araşdırma düzgün aparılmamış, Əhmədov Rauf Rəhim oğlu araşdırmaya dəvət edilməmişdir. Əhmədov Rauf Rəhim oğlu Sumqayıt şəhəri, 6-cı mikrorayonda yaşadığı halda, bildirişi Bakı şəhəri, Yasamal rayonuna göndərmişlər, şəxsin qeydiyyatı isə Bərdə rayonunadır. Sumqayıt şəhər Polis İdarəsi araşdırma aparmış və müəyyən etmişlər ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilər vardır. Lakin həmin şəxslərin işlədiyi müəssisə Əhmədov Rauf Rəhim oğlunun rəhbəri olduğu "xxxx" MMC deyil, "xxxx" MMC-dir. Belə ki, 01 may 2023-cü il tarixli icarə müqaviləsinə əsasən həmin müəssisə "xxxx" MMC-yə icarəyə verilmişdir. Hər iki müəssisənin təsisçiləri fərqli şəxslərdir. Əhmədov Rauf Rəhim oğluna icarə haqqı ödənilən zaman ona bildirmişlər ki, onun adına qərar gəlmişdir. Həmçinin qeyd olunan 7-8 nəfər işçinin ictimai əsaslarla işə cəlb olunmaları barədə "xxxx" MMC-yə ünvanlanmış ərizələri vardır. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi X14 izahatında göstərdi ki, bu işlə bağlı onlara Sumqayıt şəhər Polis İdarəsindən material olmuşdur. Polis İdarəsi tərəfindən izahatlar alınmış, araşdırma zamanı məlum olmuşdur ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən "xxxx" MMC-də 5 nəfər işçi əmək müqaviləsi olmadan işlərə cəlb olunmuşlar. Bununla bağlı işçilərin izahatı alınan zaman onlar "xxxx" MMC-də işlədiklərini və 400-450 manat miqdarında əmək haqqı aldıqlarını bildirmişlər. X22 Rəhim oğlu da izahatı alınan zaman həmin şəxsləri əmək müqaviləsi olmadan işlərə cəlb etdiyini və səhvini düzəldəcəyini bildirmişdir. Əhmədov Rauf Rəhim oğlu izahatın ona aid olmadığını bildirsə də sonradan imzanın ona aid olduğunu bildirmişdir. Buna görə də Əhmədov Rauf Rəhim oğlu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, hüquqi şəxs barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmiş, Sumqayıt şəhər Məhkəməsinin müvafiq qərarı ilə hüquqi şəxs 20000 manat məbləğində cərimə edilmiş, həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə qüvvədə saxlanılmışdır. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 01 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsi və vəkilinin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Əhmədov Rauf Rəhim oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 01 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. İş materiallarından görünür ki, Əhmədov Rauf Rəhim oğlu barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 01 fevral 2024-cü il tarixli qərarla Əhmədov Rauf Rəhim oğlu Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3500 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 01/İC-AK/23 nömrəli, 01 may 2023-cü il tarixli icarə müqaviləsinə əsasən Bakı-Quba yolunun 33 km-də yerləşən 1600 kv.m. ərazini tutan kağız, karton istehsal obyekti "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan Əhmədov Rauf Rəhim oğlu tərəfindən Sumqayıt şəhər Polis İdarəsində verilmiş izahatından görünür ki, 2009-cu ildən etibarən Sumqayıt şəhəri, Bakı- Quba magistral yolunun 33-cü kilometrliyində yerləşən kağız-karton istehsalı ilə məşğul olan "xxxx" MMC müəssisəsinin direktoru işləyir. xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən müəssisədə keçirilmiş yoxlama zamanı 7 nəfər işçinin əmək müqaviləsi olmadan əməyə cəlb olunması aşkar edilmişdir. Bu barədə bildirmək istəyir ki, inzibati xətaya yol vermişlər, qısa müddətdə bu halı aradan qaldıracaqlarına söz verir. İş materiallarında olan X11 tərəfindən Sumqayıt şəhər Polis İdarəsində verilmiş izahatından görünür ki, təxminən 1 ildir ki, Bakı-Quba yolu Tağıyev qəsəbəsində yerləşən Azərkarton MMC-yə məxsus kardon istehsalı zavodunda fəhlə vəzifəsində çalışır. 08:00da işə gəlib 18:00-da işdən çıxır. Aylıq maaşı 400 m əlbəəl alır. İşə girərkən onunla əmək müqaviləsi bağlanılmayıb. İş materiallarında olan X1 tərəfindən Sumqayıt şəhər Polis İdarəsində verilmiş izahatından görünür ki, o, bir ay yarımdır ki, Bakı-Quba yolunun Tağıyev qəsəbəsində yerləşən Azərkarton” MMC-də fəhlə vəzifəsində işləyir. Saat 08:00-da gəlib 18:00-daçıxır. Aylıq maaşı 450 manat əlbəəl alır. İşə girərkən onunla əmək müqaviləsi bağlanılmayıb. İş materiallarında olan X15 tərəfindən Sumqayıt şəhər Polis İdarəsində verilmiş izahatından görünür ki, təxminən bir aydır ki, Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus karton istehsalı zavodunda fəhlə kimi çalışır, 08:00-da işə gəlib 18:00-da işdən çıxır, aylıq maaşı 450 manat təşkil edir və maaşını əldən alır, işə götürülərkən onunla əmək müqaviləsi bağlanmamışdır. İş materiallarında olan X3 tərəfindən Sumqayıt şəhər Polis İdarəsində verilmiş izahatından görünür ki, təxminən dörd aydır ki, Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus karton istehsalı zavodunda fəhlə kimi çalışır, 08:00-da işə gəlib 18:00-da işdən çıxır, aylıq maaşı 400 manat təşkil edir və maaşını əldən alır, işə götürülərkən onunla əmək müqaviləsi bağlanmamışdır. İş materiallarında olan X13 tərəfindən Sumqayıt şəhər Polis İdarəsində verilmiş izahatından görünür ki, Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus karton istehsalı zavodunda fəhlə kimi çalışır, 08:00-da işə gəlib 19:30-da işdən çıxır, aylıq maaşını əldən alır, işə götürülərkən onunla əmək müqaviləsi bağlanmamışdır. İş materiallarında olan X19 tərəfindən Sumqayıt şəhər Polis İdarəsində verilmiş izahatından görünür ki, Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus karton istehsalı zavodunda çilingər kimi çalışır, 08:00-da işə gəlib 18:00-da işdən çıxır, aylıq maaşı 500 manat təşkil edir və maaşını əldən alır, işə götürülərkən onunla əmək müqaviləsi bağlanmamışdır. İş materiallarında olan Əhmədov Rauf Rəhim oğlunun nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş X11, X2, X15, X3, X13, X19 və X7 adından "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizələrin surətlərindən görünür ki, onlar "xxxx" MMC-də ictimai əsaslarla təcrübə keçmələrinə köməklik göstərilməsini xahiş etmişlər. İş materiallarında olan Əhmədov Rauf Rəhim oğlunun nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, X11, X2, X15, X3, X13, X19 və X12 xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də işə qəbul edilmişlər. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-323/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən "xxxx" MMC Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-107/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 3(060)-323/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 312-ci maddəsinə əsasən əmək qanunvericiliyini pozan işçi, işəgötürən və digər şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Əhmədov Rauf Rəhim oğlu X11, X2, X15, X3, X13, X19 və X9 əmək müqaviləsi olmadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməsi iş materialları və məhkəmədə araşdırılan hallarla sübuta yetirilir. Belə ki, qeyd olunan hal adıçəkilən şəxslərin Sumqayıt şəhər Polis İdarəsində verdikləri izahatlarla təsdiq olunmuş, Əhmədov Rauf Rəhim oğlu özü də izahatında törətdiyi əməli etiraf edərək aradan qaldıracağını bildirmişdir. Qərardan şikayət vermiş şəxs Əhmədov Rauf Rəhim oğlunun vəkili və nümayəndəsi işçilərin "xxxx" MMC-də ictimai əsaslarla təcrübə keçmək barədə ərizələrini və əmək müqaviləsi bildirişlərini məhkəməyə sübut kimi təqdim etsə də adıçəkilən işçilər polis idarəsində fərqli izahat verərək əmək müqaviləsi olmadan işə cəlb edildiklərini və əmək haqqını əlbəəl aldıqlarını bildirmişlər. Həmçinin həmin şəxslərin adından yazılmış ərizələr eyni tarixli olmaqla, əmək müqaviləsi bildirişləri də eyni tarixdə imzalanmışdır. Buna görə də məhkəmə şikayət vermiş şəxsin nümayəndəsi və vəkili tərəfindən verilmiş ifadəni özünümüdafiə xarakteri daşıması kimi qiymətləndirir. Eyni zamanda iş materiallarından göründüyü kimi Əhmədov Rauf Rəhim oğlunun rəhbəri olduğu hüquqi şəxs "xxxx" MMC barəsində də İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, birinci instansiya məhkəməsi tərəfindən hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmışdır. Hazırki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs barəsində tərtib olunmuş protokolla bağlı nümayəndə və vəkil tərəfindən eyni sübutlar təqdim olunaraq eyni əsaslandırma aparılmışdır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bununla da məhkəmə gəldiyi qənaətə görə Əhmədov Rauf Rəhim oğlu tərəfindən Azərbayan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsinin 01 fevral 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə Əhmədov Rauf Rəhim oğlunu 3500 manat məbləğində cərimə etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 01 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Əhmədov Rauf Rəhim oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 01 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-372/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-372/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver