Məhkəmə qərarları › İş №3(060)-3728/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3728/2021

15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3728/2021 15.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs - Azərbaycan Respublikasıının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasya Agentliyi SUMQAYİT REABİLİTASİYA MƏRKƏZİNİN etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 inzibati xəta haqqında 06.11.2021-ci il tarixli, AP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə, Müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən Sumqayıt şəhəri, məhəllə 40 ünvanında yerləşən "xxxx" (VÖEN **********) barəsində 06.11.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" mülkiyyətində və yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən SUMQAYİT REABİLİTASİYA MƏRKƏZİNİN nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, SUMQAYİT REABİLİTASİYA MƏRKƏZİNİN balansında olan ** AA *** qeydiyyat nişanlı Fiat Tempra avtonəqliyyatının ehtiyat hissələrinin dağılması, yarasız vəziyyətə düşməsi və silinməsi barədə Baş Dövlət Yol Polis İdarəsinə 24 nömrəli 11.08.2021-ci il tarixli məktubla məlumat verilmişdir. Həmçinin 28 oktyabr 2021-ci il tarixdə 36 nömrəli məktubla da Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət edilərək 11.08.2021-ci il tarixli məktubun Şöbə tərəfindən qəbul edilibedilməməsi barədə məlumat istənilmişdir. Bununla bağlı sənədləri də Məhkəməyə təqdim edir. Qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan 06.11.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 06.11.2021-ci il tarixdə saat 09:50 radələrində "xxxx" MMC-yə məxsus “Fiat Tempra” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə həmin avtomobili idarə etmiş fiziki şəxs barəsində məlumat istənilsə də «Sumqayıt REABİLİTASİYA MƏRKƏZİ»tərəfindən Sumqayıt şəhər Pİ-nin DYPŞ-yə məlumat verilməmişdir. Bununla da, «Sumqayıt REABİLİTASİYA MƏRKƏZİ» Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xəbərdarlıqdan və xəbərnamədən görünür ki, «Sumqayıt REABİLİTASİYA MƏRKƏZİ» sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə İXM-in 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulması barədə xəbərdar edilmiş və 11.10.2021-ci il tarixdə xəbərnamə digər qaydada qrafasında Aynurə adlı işçi tərəfindən imzalanaraq qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 36 nömrəli 28 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, Sumqayıt REABİLİTASİYA MƏRKƏZİ» tərəfindən inzibati xəta hadisəsinin törədilməsi zamanı nəqliyyat vasitəsini istifadə etmiş sürücü barədə məlumat 5 gün müddətində verilməmişdir. Həmçinin məlumat Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 verilməli olduğu halda Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə- Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş «Sumqayıt REABİLİTASİYA MƏRKƏZİ» barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Sumqayıt şəhəri, məhəllə 40 ünvanında yerləşən «Sumqayıt REABİLİTASİYA MƏRKƏZİ» (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar