Məhkəmə qərarları › İş №3(060)-373/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-373/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-373/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qərardan şikayət vermiş şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024cü il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhərində Sülh və Koroğlu küçələrinin kəsişməsində özünə məxsus “Huyndai Elantra” markalı, “** EO ***” dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən svetaforun sola dönməyə icazə verən yaşıl rəngli işığı yanarkən o, sola yanacaq doldurma məntəqəsinə tərəf hərəkət etmişdir. Bu zaman Sumqayıt şəhər DYPŞ-nın əməkdaşı arxadan gəlib onu saxlayaraq svetaforun qırmızı, yəni qadağan edici işığı yanarkən sola dönməyini və inzibati xəta törətdiyini bildirmişdir. O isə inzibati xətaya yol vermədiyini, svetaforun sola dönməyə icazə verən yaşıl rəngli işığı yanarkən hərəkət etdiyini bildirmişdir. DYPŞ-nın əməkdaşından svetaforun qırmızı, yəni qadağan edici işığı yanarkən hərəkət etdiyini sübut edən videogörüntü göstərməsini bildirmiş, DYP-nin əməkdaşı ona görüntüyə 10 (on) gün sonra baxa biləcəyini demişdir. O isə işi ilə bağlı Qazax rayonuna gedəcəyini, 10 (on) gün sonra Sumqayıt şəhərində olmayacağını bildirmişdir. DYP-nin əməkdaşı ona bele olduğu təqdirdə görüntünü Qazax rayonuna göndərəcəyini bildirmişdir. O, protokolla razı olmamışdır. Daha sonra hərəkətini davam etdirərkən telefonuna SMS gəldiyini və İXP ******* saylı inzibati xəta haqqında protokolla İXM-nin 327.2-ci maddəsi ilə 80 (səksən) manat məbləğində cərimə edildiyini görmüşdür. Həmin protokolun qərarlı olması qeyd edilmişdir. O, protokolla razı olmadığı halda barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar verilmişdir. DYP-nin əməkdaşı tərəfindən ona nzibati xəta haqqında protokol və qərar təqdim edilməmiş və rəsmi qaydada ümumiyyətlə verilməmişdir. Həmin qərarın fotoşəklini əldə edə bilmişdir. Eyni zamanda ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi haqqında xx.xx.2024-cü il tarixli, TP ******* seriyalı inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən sübut (müşahidə kamerası və ya öz patrul maşınında olan portativ çəkiliş qeydləri) təqdim olunmamışdır. Bundan başqa inzibati tənbeh vermə haqqında protokol və qərar ona verilməmiş və ya ünvanına göndərilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİnin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 izahatında bildirdi ki, 22.01.203-cü il tarixdə xidmətdə olan zaman “Huyndai Elantra” markalı, “** EO ***” dövlət qeydiyyat nişanlı avtomobil Sülh küçəsi ilə geriyə Bakı şəhəri istiqamətinə hərəkət edərkən işıqforun qadağanedici işığında keçdiyini və yanacaqdoldurma məntəqəsinə daxil olduğunu görmüş və həmin avtomobili saxlamışdır. Tərəfindən qayda pozuntusu sürücüyə izah olunmuş, lakin sürücü qadağanedici işığında keçmədiyini bildirmiş, videogörüntünü göstərməsini bildirmişdir. Sürücüyə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib olunmuş və həmin protokol əsasında həmin tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİnin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 (səksən) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qərardan şikayət vermiş şəxs X1 idarə etdiyi “Huyndai Elantra” markalı, “** EO ***” dövlət qeydiyyatlı nəqliyyat vasitəsi işıqforun qadağanedici işığında keçərək yol hərəkəti qaydasını pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərvin Səfərəliyevin Sumqayıt ŞPİ-nin rəisi, polis polkovniki Fəqan Azadəliyevə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə ünvanladığı müraciəti araşdırılaraq müvafiq tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları alınmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 şikayətini və protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X2 izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞnə göndərilməlidir. Belə ki, qərardan şikayət vermiş şəxs X3 şikayətində DYPŞ-nin əməkdaşından svetaforun qırmızı, yəni qadağan edici işığı yanarkən hərəkət etdiyini sübut edən videogörüntü göstərməsini bildirmiş, DYP-nin əməkdaşı ona görüntüyə 10 (on) gün sonra baxa biləcəyini demiş, o isə işi ilə bağlı Qazax rayonuna gedəcəyini, 10 (on) gün sonra Sumqayıt şəhərində olmayacağını bildirmiş, DYP-nin əməkdaşı ona bele olduğu təqdirdə görüntünü Qazax rayonuna göndərəcəyini bildirmişdir. O, protokolla razı olmamış, lakin buna baxmayaraq Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 Azərbaycan Respublikası İXM-nin 124.4-cü maddəsinin tələblərini pozaraq inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli və yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qərar qəbul edilməli olduğu halda o, özü X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 80 (səksən) manat məbləğində inzibati cərimə etmişdir. Bununla da, inzibati xəta haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasna görə barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130 və 134.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilsin. 01 (bir) ədəd disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar