Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3732/2021 26.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İş № 3(060)-3733/2021 QƏRARDAD SUMQAYİT ŞƏHƏR MƏHKƏMƏSİ 26 noyabr 2021-ci il Sumqayıt şəhəri Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisləri X5 və X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlunun, Zərərçəkmiş şəxs – "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Sumqayıt Regional vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1990-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6 qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinin icraatına Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26.11.2021-ci il tarixli MN ******* saylı, 26.11.2021-ci il tarixli MN ******* saylı, 26.11.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən protokollar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs oğlu 22.06.2021-ci il tarixdə saat 13:00-dan 14:00-adək olan müddət ərzində Sumqayıt şəhəri 13-cü mikrorayon ev 56 A-nın qarşısında asılmış dəyəri 350 manat olan Sumqayıt şəhəri ev 56 mənzil 18-də yaşayan X2 məxsus 01 ədəd xalçanı oğurlamışdır. Bundan başqa o, 08.10.2021-ci il tarixdə saat 17:00-dan 18:00-adək olan müddət ərzində Sumqayit şəhəri, 13-cü mikrorayon, ev 6, mənzil 90 ünvanında yaşayan X6 məxsus mənzilin qarşısında 15 manat dəyərində 01 ədəd ayaq altını oğurlamışdır. Bundan başqa o, 26.09.2021-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38b, mənzil 4-də yaşayan X3 mənzilinin dəyəri 88,59 manat olan su sayğacını oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 26.11.2021-ci il tarixli MN ******* saylı, 26.11.2021-ci il tarixli MN ******* saylı, 26.11.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-3731/2021 saylı, 3(060)-3732/2021 saylı, 3(060)-3733/2021 saylı işlər bir icraatda, 3(060)-3733/2021 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 26.11.2021-ci il tarixli MN ******* saylı, 26.11.2021-ci il tarixli MN ******* saylı, 26.11.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-3731/2021 saylı, 3(060)-3732/2021 saylı, 3(060)-3733/2021 saylı işlər bir icraatda, 3(060)-3733/2021 nömrə ilə birləşdirilsin. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3732/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3732/2021
26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver