Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3733/2021 26.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisləri X9 və X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlunun, Zərərçəkmiş şəxs – "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3, Sumqayıt Regional vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1990-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6 qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinin icraatına Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26.11.2021-ci il tarixli MN ******* saylı, 26.11.2021-ci il tarixli MN ******* saylı, 26.11.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən protokollar daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt şəhər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-3731/2021 saylı, 3(060)-3732/2021 saylı, 3(060)- 3733/2021 saylı işlər bir icraatda, 3(060)-3733/2021 nömrə ilə birləşdirilmişdir. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs oğlu 22.06.2021-ci il tarixdə saat 13:00-dan 14:00-adək olan müddət ərzində Sumqayıt şəhəri 13-cü mikrorayon ev 56 A-nın qarşısında asılmış dəyəri 350 manat olan Sumqayıt şəhəri ev 56 mənzil 18-də yaşayan X4 məxsus 01 ədəd xalçanı oğurlamışdır. Bundan başqa o, 08.10.2021-ci il tarixdə saat 17:00-dan 18:00-adək olan müddət ərzində Sumqayit şəhəri, 13-cü mikrorayon, ev 6, mənzil 90 ünvanında yaşayan X10 məxsus mənzilin qarşısında 15 manat dəyərində 01 ədəd ayaq altını oğurlamışdır. Bundan başqa o, 26.09.2021-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38b, mənzil 4-də yaşayan X5 mənzilinin dəyəri 88,59 manat olan su sayğacını oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş şəxs X7 və X13 məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqında protokolu tərtib etmiş X15 protokolda yazılanları təsdiq edərək bildirdi ki, Şəxs tərəfindən vətəndaş X4 350 manat, X10 15 manat olmaqla maddi ziyan dəymişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində cinayət işinin başlanması rədd edilmiş və inzibati tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə 1-ci Polis bölməsinə göndərilmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqında protokolu tərtib etmiş X14 protokolda yazılanları təsdiq edərək bildirdi ki, Şəxs tərəfindən 26.09.2021-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38b, mənzil 4-dən "xxxx" ASC-nin balansında olan müxaniki su sayğacı oğurlanmışdır. Qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta törətmiş Şəxs oğlu məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, 22.06.2021-ci il tarixdə saat 13:00-dan 14:00-adək olan müddət ərzində Sumqayıt şəhəri 13-cü mikrorayon ev 56 A-nın qarşısında asılmış 01 ədəd xalçanı, 08.10.2021-ci il tarixdə saat 17:00-dan 18:00-adək olan müddət ərzində Sumqayit şəhəri, 13-cü mikrorayon, ev 6, mənzil 90 ünvanından 01 ədəd ayaq altını, 26.09.2021-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38b, mənzil 4-dən su sayğacını oğurlamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməmişdir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 Bəxtiyar Həzran oğlunun "xxxx" ASC-nin balansında olan müxaniki su sayğacının oğurlaması nəticəsində dəymiş maddi ziyanın ödənilmədiyini nəzərə alaraq onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs oğlu barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X2 26.11.2021-ci il tarixli ərizəsindən görünür ki, 22.06.2021-ci il tarixdə ona məxsus olan 01 ədəd xalça yaşadığı binanın qarşısından oğurlanmışdır. Şikayətçidir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 26.11.2021-ci il tarixli ərizəsindən görünür ki, Şəxs "xxxx" ASC-nin balansında olan müxaniki su sayğacının oğurlaması nəticəsində dəymiş maddi ziyanın ödənilmədiyini nəzərə alaraq onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, zərərçəkmiş şəxsin nümayəndəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinlərəyək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirinin olması onun özünün etirafı, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 26 noyabr 2021-ci il tarixdən, saat 15:45-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 05 saat hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-3733/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3733/2021
26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver