Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-374/2024 27.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə barəsində MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8031/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. Hazırda 11919, 34 manat borc qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-374/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-374/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermiş, inzibati xəta haqqında iş şikayətə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, həmin Məhkəmənin 3(105)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-374/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Məhkəmədə protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd olunan icra vərəqəsinə əsasən Şəxs 18200 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Həmin icra sənədi üzrə borclu tərəfindən qismən ödəniş edildiyindən barəsində üç dəfə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2457/2022 saylı, xx.xx.2022-ci il tarixli və 3(060)-2812/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarları ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 1645/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilmiş, tərəflər bu qərardan apellyasiya şikayəti verməmişlər. İcra sənədi icraata daxil olduğu gündən bu günədək borclu tərəfindən 6311 manat ödəniş edilmiş, qalıq borc 11914 manat 34 qəpik təşkil etdiyinə görə borclu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin 3(060)-374/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-374/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermiş, inzibati xəta haqqında iş şikayətə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, həmin Məhkəmənin 3(105)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 374/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla Sumqayıt Şəhər Məhkəməsinə müraciət etdikdən sonra borclu 2300 manat ödəniş etmişdir. Lakin tələbkar 11000 manat borc qaldığını bildirir. Borclunun bank kartına bir neçə ödəniş köçürüldüyü üçün həmin məsələ üzrə əlavə araşdırılma aparılmasına uzun müddət lazımdır. Qeyd olunanlara əsasən borclu barəsində qanunamüvafiq qərar məhkəmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8031/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən ondan 18200 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə hissə-hissə ödənişlər etdiyini və hal-hazırda 9600 manat borcu qaldığını, lakin buna baxmayaraq tələbkar ona 11000 manat borclu olduğunu bildirmişdir. Bütün ödənişlərin hesablanmasını xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8031/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 18200 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ona ödənilməsi qət edilmişdir. Borclu icra sənədi üzrə hissə-hissə ödəniş etsə də, onun 11000 manat borcu qalmışdır. Borcun ödənilməsini tələb edərək borclu barəsində qanunamüvafiq qərar məhkəmədən xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8031/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 18200 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2457/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1645/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2812/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə iş materiallarından və proses iştirakçılarının izahatlarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-88/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-374/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı borclu tərəfindən borcun düzgün göstərilmədiyi mübahisələndirildiyi üçün ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Həmçinin icra məmuru borclunun bank kartına bir neçə ödəniş köçürüldüyü üçün borc üzrə əlavə araşdırılma aparılmasına uzun müddət lazım olduğunu, lakin bu kateqoriya işlərin dərhal baxıldığına görə araşdırmanın tezliklə mümkün olmayacağını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində həmin Məcəllənin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-374/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-374/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver