Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-375/2021 12.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən Sumqayıt şəhər Məhkəməsinə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Şəxs ASC) (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Şəxs ASC barəsində tərtib olunmuş inzibati xəta haqqında 26 yanvar 2021-ci il tarixli 00700-0258/20 saylı protokoldan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsi Sənaye parklarında Gömrük İşinin təşkili şöbəsindən daxil olmuş 22.12.2020-ci il tarixli 34/014/003139 saylı raportda Şəxs ASC-nin 16.11.2017-ci il tarixli **********3098 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirdiyi “Yol Avtonəqliyyat vasitələrində quraşdırılmaq üçün nəzərdə tutulmuş Kran-Kamaz 431** KC ***17K-3P” 1 ədəd ağır texnikanı ölkəyə geriyə qaytarılmasına dair öhdəlik müddətinin 15.11.2020-ci il tarixdə bitməsinə baxmayaraq yüklərin geri qaytarılmadığı qeyd edilmişdir. Faktla əlaqədar Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat bölməsində Şəxs ASC barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan «Şəxs” ASC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati işin materiallarında olan 25 yanvar 2021-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, «Şəxs” ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 işin mahiyyəti üzrə bildirmişdir ki, onlardan asılı olmayan səbəblərdən müvəqqəti ixrac etdikləri ağır texnikanı vaxtında geri qaytara bilməmişlər. Bununla belə, törətdikləri əməlin hüquqpozma olduğunu etiraf edir, qanunvericiliklə nəzərdə tutulan məsuliyyəti daşımağa hazır olduqlarını bildirir və gələcəkdə belə halların təkrarlanmayacağına zəmanət verirlər. Beləliklə, Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Şəxs ASC ölkə ərazisinə geri qaytarmağı öhdəliyinə götürərək **********3098 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti ixrac gömrük proseedurunda rəsmiləşdirdiyi “Yol Avtonəqliyyat vasitələrində quraşdırılmaq üçün nəzərdə tutulmuş Kran-Kamaz 431** KC ***17K-3P” 1 ədəd ağır texnikanı icra etdiyi lahiyənin başa çatmaması səbəbindən müraciət edərək müvəqqəti ixrac müddətinin daha 01 il artırılması barədə icazə almış, lakin götürdüyü öhdəlik müddəti bitənədək yəni 15.11.2020-ci il tarixədək həmin texnikanı müvəqqəti ixrac prosedurunun tələblərinə uyğun olaraq nə təkrar ixrac etmiş, nə də digər gömrük proseduru altında yerləşdirməmişdir. Yalnız təkrar ixrac müddəti bitdikdən sonra 22.12.2020-ci il tarixdə qeyd olunan texnikanın ixrac gömrük prosedurunda yerləşdirilməsi üçün **********4582 gömrük bəyannaməsi ilə Sumqayıt Baş Gömrük İdarəsində müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 6.7-ci bəndində göstərilmişdir ki, müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs ASC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində cərimə olunsun. Qərarın icrası Bakı şəhəri, Xətai rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-375/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-375/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver