Məhkəmə qərarları › İş №3(060)-3754/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3754/2021

01.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3754/2021 01.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Kəlbəcər rayonu, İstisu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, məhəllə 15, ev 183 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhəri Üzrə İcra İdarəsinin böyük icra məmuru Rüstəmov Toğrul tərəfindən 01.12.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur, ona görə ki, Mingəçevir Şəhər Məhkəməsinin 12.03.2019-cu il tarixli, 2(051)-311/2019 saylı icra sənədinə əsasən 600 ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə, 20150 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat Şəxs alınıb iddiaçı X1 ödənilməlidir, lakin borclu icra sənədlərini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 12.03.2019-cu il tarixli, 2(051)-311/2019 saylı icra sənədinə əsasən 600 ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə, 20150 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınıb iddiaçı X1 ödənilməlidir. Xəstəliyi ilə əlaqədar uzun müddət işləməyib. Buna görə də ödəniş edə bilməmişdir. Bütün bunları nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahat verərək bidirdi ki, o, Sumqayıt şəhəri üzrə İcra İdarəsində böyük icra məmuru vəzifəsində işləyir. Mingəçevir Şəhər Məhkəməsinin 12.03.2019-cu il tarixli, 2(051)-311/2019 saylı icra sənədinə əsasən 600 ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə, 20150 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat Şəxs alınıb iddiaçı X1 ödənilməlidir, lakin borclu icra sənədlərini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. İcra sənədi onun icraatına daxil olmuş və onun tərəfindən 10 may 2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Şəxs onun tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunub icra sənədi üzrə müəyyən edilmiş borc məbləğinin ödənilməsi bildirilmiş, lakin o, borc məbləğini ödəməmiş və 20180 manat məbləğində borc yaranmışdır. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, vəkilin çıxışını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdırıcı və yüngülləşdirici hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, Mingəçevir Şəhər Məhkəməsinin 12.03.2019-cu il tarixli, 2(051)-311/2019 saylı icra sənədinə əsasən 600 ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə, 20150 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat Şəxs alınıb iddiaçı X1 ödənilməlidir, lakin borclu icra sənədlərini icra etməkdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona cərimə cəzası tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar