Məhkəmə qərarları › İş №3(060)-376/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-376/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-376/2022 02.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxslər X8 və X3 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə (bundan sonra mətndə İXM-nin) 31 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li və 31 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 31.01.2022-ci il tarixdə saat 11:30 radələrində Şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən İB-nin ofisində işləyən X11 və X16 ilə mübahisə yaradaraq xırda xuliqanlıq etmişdir; bundan başqa 31.01.2022-ci il tarixdə saat 16:30 radələrində Şəxs Sumqayıt şəhər Pİ-nin 2-ci PB-də səs-küy salaraq polisin tələbinə tabe olmamışdır. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 02 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərardadı ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)- 375/2022 və 3(060)-376/2022 №li işlər bir icraatda 3(060)-375/2022 nömrə ilə birləşdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-375/2022 və 3(060)-376/2022 №li işlər bir icraatda 3(060)-375/2022 nömrə ilə birləşdirilsin. Hakim: Elçin Məmmədov İş № 3(060)-375/2022 Məhkəmə İclasının Protokolu 02 fevral 2022-ci il Sumqayıt şəhəri Sumqayıt şəhər Məhkəməsi Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxslər X8 və X3 iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıldı. İclas saat 16:50-də açıldı. Sədrlik edən məhkəmə iclasını açdı və baxılası işi elan etdi. Məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X16, X11, şahdi X20 və protokolları tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi X14 gəlmişlər. Məhkəmə iclas katibi işin vəziyyətinə dair məlumat verdi. Şahid dindirilənədək məhkəmə iclas zalından kənarlaşdırıldı. Sədrlik edən məhkəmənin tərkibini və katibi elan etdi. Sədrlik edən - hakim Məmmədov Elçin Qüdrət oğıu, Katib-məsləhətçi (məhkəmə iclas katibi) – X5. Sədrlik edən və məhkəmə iclas katibinə etiraz etmək hüququnu izah etdi. İşdə iştirak edən şəxslərin sədrlik edənə və məhkəmə iclas katibinə etirazları olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərin şəxsiyyətini və səlahiyyətini müəyyən etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etdi. S/C.Sədrlik edən-Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12: İzah olunmuş hüquqlarım mənə aydındır, sübutlarım, vəsatətim və etirazlarım yoxdur. Zərərçəkmiş şəxs: X16, 18.12.1948-ci ildə Xaçmaz rayonu, Susay kəndində doğulmuş, evli, təqaütçü, Xudat rayonu, Şəhriyar küçəsi, ev 64 ünvanında qeydiyyatda olan və Xırdalan şəhəri, ev 14, mənzil 64 ünvanında yaşayan Sədrlik edən zərərçəkmiş şəxsə onun hüquq və vəzifələrini izah etdi. S/C.Sədrlik edən – zərərçəkmiş şəxs: İzah edilmiş hüquq və vəzifələrim mənə aydındır. Əlavə və vəsatətim yoxdur. Zərərçəkmiş şəxs: X11, 18.11.1956-cı ildə Tərtər rayonu, Sarcalı kəndində doğulmuş, subay, təqaüdçü, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3şayan Sədrlik edən zərərçəkmiş şəxsə onun hüquq və vəzifələrini izah etdi. S/C.Sədrlik edən – zərərçəkmiş şəxs: İzah edilmiş hüquq və vəzifələrim mənə aydındır. Əlavə və vəsatətim yoxdur. Protokolu tərtib etmiş şəxs: X14, Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi polis baş leytenantı Sədrlik edən protokolu tərtib etmiş şəxsə onun hüquq və vəzifələrini izah etdi. S/C.Sədrlik edən - protokolu tərtib etmiş şəxs: İzah edilmiş hüquq və vəzifələrim mənə aydındır. Əlavə və vəsatətim yoxdur. Sədrlik edən işdə iştirak edən şəxslərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 31 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li və 31 yanvar 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 375/2022 və 3(060)-376/2022 №li işlər bir icraatda 3(060)-375/2022 nömrə ilə birləşdirilməsinə dair etirazlarının olub-olmadığını soruşdu. İşdə iştirak edən şəxslərin etirazları olmadı. Sədrlik edən müşavirə otağına getdi, qayıtdıqda qərardadı elan etdi. Sədrlik edən protokolları tərtib etmiş şəxsə izahat verməsini bildirdi. X4 izahatı: Bildirmək istəyirəm ki, 31.01.2022-ci il tarixdə saat 11:30 radələrində Şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən İB-nin ofisində işləyən X11 və X16 ilə mübahisə yaradaraq xırda xuliqanlıq etmişdir. Bundan başqa 31.01.2022-ci il tarixdə saat 16:30 radələrində Şəxs Sumqayıt şəhər Pİ-nin 2-ci PB-də səs-küy salaraq polisin qanuni tələbinə tabe olmamışdır. Şəxs barəsində məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edirəm. S/C.Sədrlik edən-protokolu tərtib etmiş şəxs X14: Mən zərərçəkmiş şəxslərin şikayəti əsasında Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə protokol tərtib etmişəm. S/C-Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını almışam. S/C-Şəxs polis bölməsində olarkən X20 ilə aralarında mübahisə yaranmış, o nizamintizama dəvət edilsə də polisin qanuni tələbinə qəstlə tabe olmamışdır. Əlavə suallar olmadı. S/C.Sədrlik edən-barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Mənə elan edilmiş inzibati xətada özümü təqsirli bilmirəm. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izahat verməsini bildirdi. Şəxs izahatı: Bildirmək istəyirəm ki, özümü təqsirli bilmirəm. Mən 29.01.2022-ci il tarixdə X16 və X11 “X10” Sumqayıt ofisində işdə olarkən əmim Rövşənlə orda olmuşam. “X10” sədri X20 mənim əmimin üz nahiyəsinə tüpürərək sosial şəbəkə “Youtube” kanalında paylaşım etmişdir. Lakin 31.01.2022-ci il tarixdə mən “X10” Sumqayıt ofisində olmamışam, X13, X6 və X17 həmin tarixdə ümumiyyətlə görməmişəm. Daha sonra mən əmim Rövşənlə Sumqayıt şəhəri Pİ-nin 2-ci polis bölməsində olarkən X17 orada gördüm, ona uca səslə əmim Rövşənin üzərinə tüpürməsi ilə bağlı ondan üzür istəməsini tələb etdim. Bu zaman 2-ci polis bölməsinin əməkdaşları tərəfindən mən nizam-intizama dəvət olundum və mənə polisin qanuni tələbinə tabe olmağımı bildirdilər. Lakin mən polisin qanuni tələbinə əməl edib sakitləşdim. Qeyd olunan inzibati xəta ilə bağlı mənim heç bir əlaqəmin olmdığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. S/C.Sədrlik edən-Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: X20 mənim əmimin üz nahiyəsinə tüpürərək sosial şəbəkə “Youtube” kanalında paylaşım etmişdir. S/C-Lakin 31.01.2022-ci il tarixdə mən “X10” Sumqayıt ofisində olmamışam. S/C-Mən əmim Rövşənlə Sumqayıt şəhəri Pİ-nin 2-ci polis bölməsində olarkən X17 orada gördüm, ona uca səslə əmim Rövşənin üzərinə tüpürməsi ilə bağlı ondan üzür istəməsini tələb etdim. S/C-2-ci polis bölməsinin əməkdaşları tərəfindən mən nizam-intizama dəvət olundum və mənə polisin qanuni tələbinə tabe olmağımı bildirdilər. Lakin mən polisin qanuni tələbinə əməl edib sakitləşdim. Mən polis bölməsində heç bir qanun pozuntusuna yol verməmişəm. Əlavələr olmadı. Sədrlik edən zərəçəkmiş şəxsə izahat verməsini bildirdi. X3 izahatı: Bildirmək istəyirəm ki, mən “X10” Sumqayıt flialında işləyirəm. 28-30 yanvar 2022-ci il tarixlərdə Şəxs və onun əmisi “X10” Sumqayıt ofisinə gələrək iş rejimini kobud şəkildə pozaraq məni X13 və təşkilatın sədri X17 nalayiq söyüşlər söyərək təhqir etdilər. Ancaq Şəxs 31 yanvar 2022-ci il tarixdə bizi söyməmişdir, onu həmin gün yalnız 2-ci polis bölməsində görmüşəm. Şəxs 2-ci polis bölməsində olarkən X1 söyərkən polislər onu nizam intizama dəvət etsələr də o polislərə məhəl qoymamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş dirəm. S/C.Sədrlik edən-zərərçəkmiş şəxs X11:28-30 yanvar 2022-ci il tarixlərdə Şəxs və onun əmisi “X10” Sumqayıt ofisinə gələrək iş rejimini kobud şəkildə pozaraq məni X13 və təşkilatın sədri X17 nalayiq söyüşlər söyərək təhqir etdilər. S/C-Xeyr, Şəxs 31 yanvar 2022-ci il tarixdə bizi söyməmişdir, onu həmin gün yalnız 2-ci polis bölməsində görmüşəm. S/C-2-ci polis bölməsində olarkən X1 söyərkən polislər onu nizam intizama dəvət etsələr də o polislərə məhəl qoymamışdır. Əlavələr olmadı. Sədrlik edən zərəçəkmiş şəxsə izahat verməsini bildirdi. X8 izahatı: Bildirmək istəyirəm ki, mən “X10” Sumqayıt flialında işləyir. 28-30 yanvar 2022-ci il tarixlərdə Şəxs və onun əmisi “X10” Sumqayıt ofisinə gələrək iş rejimini kobud şəkildə pozaraq məni, X6 və təşkilatın sədri X17 nalayiq söyüşlər söyərək təhqir etmişdir. Ancaq Şəxs 31 yanvar 2022-ci il tarixdə bizi söyməmişdir, onu həmin gün yalnız 2-ci polis bölməsində görmüşəm. Şəxs 2-ci polis bölməsində olarkən X1 söyərkən polislər onu nizam intizama dəvət etsələr də o polislərə məhəl qoymamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edirəm. Əlavələr olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkilinə izahat verməsini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil izahatı: Hüquqlarını müdafiə etdiyim Şəxs 29.01.2022-ci il tarixdə X16 və X11 “X10” Sumqayıt ofisində işdə olarkən əmim Rövşənlə orda olmuşlar. “X10” sədri X20 onun əmisinin üz nahiyəsinə tüpürərək sosial şəbəkə “Youtube” kanalında paylaşım etmişdir. Lakin 31.01.2022-ci il tarixdə o, “X10” Sumqayıt ofisində olmamışdır. X13, X6 və X17 həmin tarixdə ümumiyyətlə görməmişdir. 31.01.2022-ci il tarixdə o, əmisi Rövşənlə Sumqayıt şəhəri Pİ-nin 2-ci polis bölməsində olarkən X17 orada görmüş, ona uca səslə əmisi Rövşənin üzərinə tüpürməsi ilə bağlı ondan üzür istəməsini tələb etmişdir. Bu zaman 2-ci polis bölməsinin əməkdaşları tərəfindən o, nizam-intizama dəvət olunmuş və ona polisin qanuni tələbinə tabe olması bildirilmişdir. O, polisin qanuni tələbinə əməl edərək tabeçilik göstərmişdir. Qeyd olunan inzibati xəta ilə bağlı hüquqlarını müdafiə etdiyim şəxs Şəxs barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Əlavələr olmadı. Sədrlik edən şahid dindirilməsinə başlandığını elan etdi. Şahid məhkəmə iclas zalına dəvət edildi. Sədrlik edən şahidin şəxsiyyətini müəyyən etdi. Şahid: X20, 11.07.1964-cü ildə İmişli rayonunda doğulmuş, evli, ali təhsilli, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanında qeydiyytda olan və yaşayan Sədrlik edən şahidə Azərbaycan Respublikası İXM-nin 530 və 532-ci maddəlrinin məsuliyyətini elan etdi, iltizam alınaraq işə əlavə edildi. S/C.Sədrlik edən- X20: Şəxs tanımıram, ona qarşı qərəzim və ədavətim yoxdur. Sədrlik edən şahidə həqiqəti və baxılan işlə bağlı ona məlum olan bütün halları məhkəməyə söyləyəcəyinə and içməsini bildirdi. Şahid həqiqəti və baxılan işlə bağlı ona məlum olan bütün halları məhkəməyə söyləyəcəyinə and içdi. X15 ifadəsi: Bildirmək istəyirəm ki, mən “X10” Sumqayıt flialının sədriyəm. 28-30 yanvar 2022-ci il tarixlərdə Şəxs və onun əmisi “X10” Sumqayıt ofisinə gələrək iş rejimini kobud şəkildə pozaraq məni, X13 və X9 nalayiq söyüşlər söyərək təhqir etdi. Ancaq Şəxs 31 yanvar 2022-ci il tarixdə bizi söyməmişdir, onu həmin gün yalnız 2-ci polis bölməsində görmüşəm. Şəxs 2-ci polis bölməsində olarkən mənə söyüşlər söyərkən polislər onu nizam intizama dəvət etsələr də o polislərə məhəl qoymamışdır. S/C.Sədrlik edən-X7: 28-30 yanvar 2022-ci il tarixlərdə Şəxs və onun əmisi “X10” Sumqayıt ofisinə gələrək iş rejimini kobud şəkildə pozaraq məni və işçiləri nalayiq söyüşlər söyərək təhqir etdilər. S/C-Xeyr, Şəxs 31 yanvar 2022-ci il tarixdə bizi söyməmişdir, onu həmin gün yalnız 2-ci polis bölməsində görmüşəm. S/C-2-ci polis bölməsində olarkən mənə söyüşlər söyərkən polislər onu nizam intizama dəvət etsələr də o polislərə məhəl qoymamışdır. Əlavə suallar olmadı. Sədrlik edən iş materiallarını tədqiq etdi. Məhkəmə çıxışlarına başlanıldı. Protokolu tərtib etmiş şəxs X4 çıxışı: Şəxs barəsində qanunla nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmasını xahiş edirəm. Zərərçəkmiş şəxs X3 çıxışı: Şəxs barəsində qanunla nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmasını xahiş edirəm. Zərərçəkmiş şəxs X8 çıxışı: Şəxs barəsində qanunla nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmasını xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil çıxışı: Qeyd olunan inzibati xəta ilə bağlı hüquqlarını müdafiə etdiyim şəxs Şəxs barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışı: Qeyd olunan inzibati xəta ilə bağlı mənim heç bir əlaqəmin olmdığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən müşavirə otağına getdi, qayıtdıqda qərarı elan etdi, məzmununu, Şikayət vermək qaydasını, müddətini, Məhkəmə iclas protokolu ilə tanış olub ona qeydlər vermək hüququnu izah etdi. Sədrlik edən məhkəmə iclasını bağlı elan etdi. Məhkəmə iclası saat 17:30-da qurtardı. Məhkəmə iclasının protokolu 02 fevral 2022-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar