Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3762/2021 13.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X3 Yol Patrul Xidməti inspektoru polis baş serjantı Bəxtiyar Məmmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vətəndaş Şəxs barəsində inzibati xəta haqqında 11.11.2021-ci il tarixli, AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, o, 11.11.2021-ci il tarixdə saat 09:20 radələrində Sumqayıt şəhəri, Bakı küçəsi ərazisində “Mercedes” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol polis əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi aşkarlanmışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bəxtiyar Məmmədov məhkəmə iclasında izahatında göstərdi ki, vətəndaş Şəxs 11.11.2021-ci il tarixdə saat 09:20 radələrində “Mercedes” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Sumqayıt şəhəri, Bakı küçəsi ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etdiyi aşkar olunmuşdur. Odur ki, barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında özünü təqsirli bilməyərək bildirdi ki, 11.11.2021-ci il tarixdə saat 09:20 radələrində Sumqayıt şəhəri, Bakı küçəsi ərazisində “Mercedes” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol polisi tərəfindən saxlanılmış, o, narkotik vasitə qəbul etməsə də YPX əməkdaşları onu həkim müayinəsinə dəvət etmişlər. O da etiraz etməmişdir. Yoxlama nəticəsində guya onun narkotik vasitə qəbul etdiyi aşkar olunmuşdur. Həmin vaxt müayinə aktı da tərtib olunmuşdur. Lakin o həmin aktla razılaşmamışdır. Buna görə də yenidən müayinə üçün Respublika Narkoloji Mərkəzinə gedərək orada tibbi müayinədən keçmiş və onun narkotik vasitə qəbul etmədiyi təsdiq olunmuşdur. Bununla bağlı müayinə aktını da Məhkəməyə təqdim edir. Barəsində tərtib olunmuş protokoldan narazıdır. Odur ki, qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İşin materiallarına əlavə olunmuş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 11 noyabr 2021-ci il tarixli 9834 saylı aktdan görünür ki, Şəxs narkotik vasitənin qəbulu faktı aşkarlanmışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsi tərəfindən verilmiş 11.11.2021-ci il tarixli 3905 saylı aktdan görünür ki, Şəxs narkotik vasitənin qəbulu faktı aşkarlanmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 53.1.1-ci maddsəinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3762/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3762/2021
13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver