Məhkəmə qərarları › İş №3(060)-3767/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3767/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3767/2021 13.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X3 YPX inspektoru polis baş serjantı Elvin Muradovun, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X3 tərəfindən tərtib edilmiş 12.11.2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol əsasında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinə 02 dekabr 2021-ci il tarixdə vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə 12.11.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12.11.2021-ci il tarixdə, saat 09:50 radələrində idarə etdiyi “Khazar” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sumqayıt şəhəri M.Əsədov küçəsi ərazisində hərəkətdə olan zaman yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Elvin Muradov izahatında bildirdi ki, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə 12.11.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 12.11.2021-ci il tarixdə, saat 09:50 radələrində idarə etdiyi “Khazar” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sumqayıt şəhəri M.Əsədov küçəsi ərazisində hərəkətdə olan zaman yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etmişdir. Qəbul ediləcək qərarı Məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında çıxış edən Şəxs izahatında bildirdi ki, etibarnamə əsasında “Khazar” markalı **-PK-*** qeydiyyat nişanlı nişanlı avtomobili 12.11.2021-ci il M.Əsədov küçəsi ilə idarə edərkən yol polisi tərəfindən saxlanılmış, yoxlama zamanı ondan şübhələndikləri üçün onu həkim müayinəsinə dəvət etmişlər. O isə həkim müayinəsindən imtina etmişdir. Törətdiyi inzibati xətaya görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyəti daşımağa razıdır. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs tərəfindən yol verilmiş inzibati xəta hadisəsi Azərbaycan Respublikası İXM-nin 333.1ci maddəsinin deyil, həmin Məcəllənin 343.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12.11.2021-ci il tarixdə, saat 09:50 radələrində idarə etdiyi “Khazar” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sumqayıt şəhəri M.Əsədov küçəsi ərazisində hərəkətdə olan zaman yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etmişdir. Göstərilən əmələ görə inzibati məsuliyyət Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiya şərtinə görə, İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə Şəxs əməlinə hüquqi qiymət verərək hesab edir ki, onun yol vermiş olduğu inzibati xəta AR İXM-nin 343.1-ci maddəsinə tövsif edilməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli qərarında qeyd olunur ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Mövcud inzibati qanunvericilikdə inzibati xəta hadisəsinin tövsif edilməsi nəzərdə tutulmadığından, Məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarına əsasən, hazırki iş Şəxs tərəfindən yol verilmiş inzibati xəta hadisəsi Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsindən 343.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görədörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs törətmiş olduğu inzibati xəta hadisəsi Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsindən həmin Məcəllənin 343.1-ci maddəsinə tövsif edilsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (ay) müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar