Məhkəmə qərarları › İş №3(060)-377/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-377/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-377/2022 14.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Qərardan şikayət vermiş şəxs Bakı Süd CO MMC-nin direktoru X8 və nümayəndəsi Nümayəndə, Qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X7 və X4 iştirakı ilə, Bakı Süd CO MMC-nin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 Xidmətinin rəis müavininin 05.01.2022-ci il tarixli, **********9/21 saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin 10 dekabr 2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Bakı Süd CO MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Bakı Süd CO MMC-nin direktoru X8 şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 Xidmətinin rəis müavininin 05.01.2022-ci il tarixli, **********9/21 saylı qərarı ilə Bakı Süd CO MMC-nin direktorunun şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Bakı Süd CO MMC-nin direktoru X8 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 Xidmətinin **********9/21 saylı 05 yanvr 2022-ci il tarixli qərarının ləğv edilməsini və barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə barəsində başlanmış inziabti xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Süd CO MMC-nin direktoru X8 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin rəisi X3 MN seriyalı, ******* nömrəli “İnzibati tənbehvermə haqqında” qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə olunmuşdur. Sözügedən qərardan verdiyi şikayət X6 Xidmətinin rəis müavini Ülvi Hüseynovun “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında” 05 yanvar 2022-ci il tarixli **********9/21 saylı qərarı ilə təmin edilməmişdir. Hesab edir ki, qərar qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, 29 noyabr 2021-ci il tarixli ******* nömrəli prtokola istinadən 10 dekabr 2021-ci il tarixdə yuxarıda sözügedən idarənin rəisi A.K.Əhədov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə qərar qəbul edərkən tərəfindən X1 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verməsinə əsaslanmışdır. "xxxx" MMC-də işləyən Y.Ə.Məmmədovun istifadə etmədiyi məzuniyyət haqları müəyyən edilərkən Y.Ə.Məmmədovun sonuncu iş ayı natamam olmasına baxmayaraq orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim ayına, yəni 9 aya bölünməli olduğu halda tərəflərindən riyazi səhvə yol verilərək onun orta aylıq əmək haqqının müəyyən edilməsi zamanı Y.Ə.Məmmədovun natamam işlədiyi 10-cu ay da nəzərə alınmaqla onun istifadə etmədiyi məzuniyyətinin müəyyən edilməsi zamanı hesablanmış məzuniyyət haqqı onun faktiki işlədiyi tam təqvim aylarına deyil, səhvən onun natamam işlədiyi ay da nəzərə alınmaqla 10 aya bölünmüşdür. Yuxarıda sadalanan xüsusatlara eləcə də, istinad olunan hüquq normalarına əsasən hesab edir ki, Y.Ə.Məmmədova məzuniyyət haqları hesablanarkən riyazi səhvə yol verilmiş və yol verilmiş riyazi səhvlə əlaqədar ona 11 manat 64 qəpik məbləğində az məzuniyyət haqqı ödənilmişdir ki, bu da hər hansı bir inzibati xəta hadisəsini yaratmır. Məhkəmə iclasında Bakı Süd CO MMC-nin direktoru X8 və nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndələri X7 və X9 şikayətin əsassız olduğunu, qərarın qanuni olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etdilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 Xidməti tərəfindən tərtib olunmuş 05.01.2022-ci il tarixli **********9/21 saylı qərarından görünür ki, Bakı Süd CO MMC-nin direktoru X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş vəsatətdə Bakı Süd CO MMC-nin direktoru X8 iş üzrə Y.Ə.Məmmədova məzuniyyət haqları hesablanarkən riyazi səhvə yol verilməsi ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə Bakı Süd CO MMC-nin direktoru X2 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Bakı Süd CO MMC-nin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 Xidmətində işə baxılması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 140-cı maddəsinin tələbinə görə məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir..... Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir... Məhkəmə hesab edir ki, Bakı Süd CO MMC-nin direktoru X2 şikayəti əsassız olduğundan rədd edilməlidir. "xxxx" MMC-də işləyən Y.Ə.Məmmədovun istifadə etmədiyi məzuniyyət haqları müəyyən edilərkən riyazi səhvə yol verilməsi barədə dəlilləri məhkəmə qəbul etmir. Məhkəmə hesab edir ki, yol verilmiş Qanun pozuntusu nəticəsində işçiyə ödənilməli vəsaitin az və ya çox olması təqsirliliyin müəyyən edilməsi zamanı əhəmiyyət daşımır, işçinin istifadə etmədiyi məzuniyyət haqqlarının müəyyən edilməsi (hesablanması) qaydası Qanunla (Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə) müəyyən edilmişdir, Bakı Süd CO MMC-də məhz bu qaydalara əməl edilməmişdir və Bakı Süd CO MMC-nin direktoru məhz Qanunla müəyyən olunmuş bu qadaların pozulması ilə bağlı məsuliyyətə cəlb edilmişdir. Bunu riyazi hesablamalar nəticəsində yol verilən nöqsan kimi qəbul etmək olmaz, bu işçinin istifadə etmədiyi məzuniyyət haqqlarının müəyyən edilməsi zamanı Qanunun tələblərinin pozulmasıdır. Bu səbəbdən, məhkəmə məzuniyyət haqları hesablanarkən riyazi səhvə yol verilib-verilməməsi ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə də ehtiyac duymur. Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Bakı Süd CO MMC-nin direktoru X5 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın və bu qərarın qüvvədə saxlanılması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 Xidmətinin 05.01.2022-ci il tarixli, **********9/21 saylı qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı Süd CO MMC-nin direktoru X2 şikayəti təmin edilməsin. Bakı Süd CO MMC-nin direktoru X2 Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 Xidmətinin 05.01.2022-ci il tarixli, **********9/21 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar