Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3773/2021 15.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxslər – X2 oğlunun və Hüseynov Nazim Nuşrəvan oğlunun iştirakları ilə, X1 Nazim oğlunun və Hüseynov Nazim Nuşrəvan oğlunun 03.12.2021-ci il tarixli müraciətinə baxaraq, müəyyən etdi: X2 oğlu və Hüseynov Nazim Nuşrəvan oğlu Sumqayıt Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ ******* saylı, 01.08.2021-ci il tarixli, EQ ******* saylı, 07.04.2021-ci il tarixli, EQ ******* saylı, 30.10.2020-ci il tarixli, EQ ******* saylı, 06.03.2021ci il tarixli, EQ ******* saylı, 05.12.2020-ci il tarixli, EQ ******* saylı, 18.12.2020-ci il tarixli, EQ ******* saylı, 06.05.2021-ci il tarixli, EQ ******* saylı, 23.02.2021-ci il tarixli, EQ ******* saylı, 06.03.2020-ci il tarixli, EQ ******* saylı, 30.12.2020-ci il tarixli, EQ ******* saylı, 28.04.2021-ci il tarixli, EQ ******* saylı, 27.09.2020-ci il tarixli, EQ ******* saylı, 08.10.2020ci il tarixli, EQ ******* saylı, 08.02.2021-ci il tarixli, EQ ******* saylı, 25.11.2020-ci il tarixli, EQ ******* saylı, 08.10.2020-ci il tarixli, EQ ******* saylı, 29.03.2021-ci il tarixli, EQ ******* saylı, 07.04.2021-ci il tarixli, EQ ******* saylı, 10.02.2020-ci il tarixli, EQ ******* saylı, 29.02.2020-ci il tarixli, EQ ******* saylı, 24.12.2019-cu il tarixli, EQ ******* saylı, 21.03.2020-ci il tarixli, EQ ******* saylı, 25.12.2019-cu il tarixli, EQ ******* saylı, 05.02.2020-ci il tarixli, EQ ******* saylı, 24.12.2019-cu il tarixli, EQ ******* saylı, 19.01.2020-ci il tarixli, EQ ******* saylı, 24.05.2021-ci il tarixli, EQ ******* saylı, 16.06.2021ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarının, İXP ******* saylı, 28.01.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında protokolunun və Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 30.11.2020-ci il tarixli, Bna ******* saylı, 12.09.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən olundu ki, inzibati xəta haqqında qərardan şikayət üzrə icraatı rədd hallar mövcuddur. Barəsində inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmiş şəxslər tərəfindən verilmiş ərizə natamamdır. Belə ki şikayət ərizəsində konkret olaraq hansı qərardan şikayət verilməsi göstərilməmişdir. Həmçinin məhkəmə iclasında X2 oğlu və Hüseynov Nazim Nuşrəvan oğlu ərizə verərək şikayət ərizəsi qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunan xüsusatların mövcudluğu Məhkəməyə yekun nəticəyə gəlməyə imkan vermir. Belə ki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, X2 oğlunun və Hüseynov Nazim Nuşrəvan oğlunun şikayət ərizəsi baxışdan çıxarılmaqla geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 oğlunun və Hüseynov Nazim Nuşrəvan oğlunun şikayət ərizəsi baxışdan çıxarılmaqla geri qaytarılsın. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-3773/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3773/2021
15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver