Məhkəmə qərarları › İş №3(060)-3776/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3776/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3776/2021 06.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş EQ ******* saylı 04.06.2021-ci il tarixli, EQ6328839 saylı 04.05.2021-ci il tarixli, EQ6199083 saylı 19.04.2021-ci il tarixli, EQ7157491 saylı 19.07.2021-ci il tarixli, EQ6120981 saylı 11.04.2021-ci il tarixli, EQ7195996 saylı 22.07.2021-ci il tarixli, EQ7145997 saylı 18.07.2021-ci il tarixli, EQ7365792 saylı 06.08.2021-ci il tarixli, EQ ******* saylı 02.01.2020-ci il tarixli, EQ7446109 saylı 14.08.2021-ci il tarixli, EQ6608357 saylı 31.05.2021-ci il tarixli protokolların ləğv edilməsinə dair X1 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: X1 Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş EQ ******* saylı 04.06.2021-ci il tarixli, EQ6328839 saylı 04.05.2021-ci il tarixli, EQ6199083 saylı 19.04.2021-ci il tarixli, EQ7157491 saylı 19.07.2021-ci il tarixli, EQ6120981 saylı 11.04.2021-ci il tarixli, EQ7195996 saylı 22.07.2021-ci il tarixli, EQ7145997 saylı 18.07.2021-ci il tarixli, EQ7365792 saylı 06.08.2021-ci il tarixli, EQ ******* saylı 02.01.2020-ci il tarixli, EQ7446109 saylı 14.08.2021-ci il tarixli, EQ6608357 saylı 31.05.2021-ci il tarixli protokolların ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş EQ ******* saylı 04.06.2021-ci il tarixli, EQ6328839 saylı 04.05.2021-ci il tarixli, EQ6199083 saylı 19.04.2021-ci il tarixli, EQ7157491 saylı 19.07.2021-ci il tarixli, EQ6120981 saylı 11.04.2021-ci il tarixli, EQ7195996 saylı 22.07.2021-ci il tarixli, EQ7145997 saylı 18.07.2021-ci il tarixli, EQ7365792 saylı 06.08.2021-ci il tarixli, EQ ******* saylı 02.01.2020-ci il tarixli, EQ7446109 saylı 14.08.2021-ci il tarixli, EQ6608357 saylı 31.05.2021-ci il tarixli protokollardan X1 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qanunvericilikdə protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda, materialdan görünür ki, şikayət mübahisələndirilən protokolların tarixindən 10 gündən artıq müddət keçdikdən sonra verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş EQ ******* saylı 04.06.2021-ci il tarixli, EQ6328839 saylı 04.05.2021-ci il tarixli, EQ6199083 saylı 19.04.2021-ci il tarixli, EQ7157491 saylı 19.07.2021-ci il tarixli, EQ6120981 saylı 11.04.2021-ci il tarixli, EQ7195996 saylı 22.07.2021-ci il tarixli, EQ7145997 saylı 18.07.2021-ci il tarixli, EQ7365792 saylı 06.08.2021-ci il tarixli, EQ ******* saylı 02.01.2020-ci il tarixli, EQ7446109 saylı 14.08.2021-ci il tarixli, EQ6608357 saylı 31.05.2021-ci il tarixli protokolların ləğv edilməsinə dair X1 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar