Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3777/2021 14.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X1 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə Azərbaycan Respublikası Turizm Agentliyi tərəfindən tərtib olunmuş 11.11.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X1 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Vəkil şikayətlə Azərbaycan Respublikası Turizm Agentliyi tərəfindən tərtib olunmuş 11.11.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X1 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Vəkil bildirdi ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin 11.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarına əsasən X3 barəsində inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bəhs edilən qərar 27.11.2021-ci il tarixində rəsmi qaydada poçt vasitəsilə X2 təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin 11.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati təhbeh vermə barədə qərarı qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir. Qeyd etdi ki, inzibati xəta haqqında icraatdan məlumatı olmadan X3 barəsində qanunsuz qərar qəbul edilmişdir. İnzibati icraat üzrə sənədlər X2 vaxtında təqdim edilməmiş və bu səbəbdən də araşdırmaya dair hüquqi münasibətin bildirilməsi və X1 təqsirsizliyinə dair müvafiq sənədlərin təqdim edilməsi üçün lazımı imkana malik olmamışlar. İşin faktiki halları barədə izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nümayəndələri mütəmadi olaraq mehmanxanaya gəlib monitorinq aparmışdırlar. Lakin heç bir zaman qanun pozuntusu aşkar edilməmişdir. Sonuncu monitorinq zamanı isə əlacsız qalaraq qərəzlilik əsasında X2 qanunsuz cərimə tətbiq edilmişdir. Bu cərimənin məqsədi sahibkarı əsassız olaraq maliyyə yükünə məruz qoymaqdır. Belə ki, şikayətə əlavə edilən sənədlərdən də göründüyü kimi 11.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati təhbehvermə haqqında qərarda COVİD- 19 pasportu olmadan qonağa mehmanxanada yerləşmə xidmətinin göstərildiyi qeyd edilmişdir. Lakin hansı qonağa dair belə xidmətin göstərildiyi və qonağın şəxsiyyətinə dair məlumatlar öz əksini tapmamışdır. Qərarda yalnız inzibati xəta haqqında protokola istinad edilmişdir. Eyni zamanda şikayətə əlavə edilmiş 25.10.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda isə qonağın qapalı məkanda COVİD-19 pasportunun 2-ci doza vaksini olmadan otelin xidmətlərindən istifadə etməsi halının aşkar edildiyi öz əksini tapmışdır. Yenidən COVİD-19 pasportuna malik olmayan şəxsin izahatı və məlumatları protokola əlavə edilməmişdir. Bununla yanaşı həm inzibati xəta haqqında qərarda, həm də inzibati xəta haqqında protokolda imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Bu tamamilə yalandır. Bu sənədlər onun xəbəri və iştirakı olmadan qanunsuz olaraq tərtib edildiyinə görə belə əsassız qeyd əlavə edilmişdir. AR İXM-nin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə şəxsin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Qeyd edilənləri və X1 təqsirsiz olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin 11.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati təhbehvermə barədə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvan inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, 11.11.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati təhbehvermə haqqında qərarda COVİD- 19 pasportu olmadan qonağa mehmanxanada yerləşmə xidmətinin göstərildiyi qeyd edilmişdir. Lakin hansı qonağa dair belə xidmətin göstərildiyi və qonağın şəxsiyyətinə dair məlumatlar öz əksini tapmamışdır. Qərarda yalnız inzibati xəta haqqında protokola istinad edilmişdir. Eyni zamanda şikayətə əlavə edilmiş 25.10.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda isə qonağın qapalı məkanda COVİD-19 pasportunun 2-ci doza vaksini olmadan otelin xidmətlərindən istifadə etməsi halının aşkar edildiyi öz əksini tapmışdır. Yenidən COVİD-19 pasportuna malik olmayan şəxsin izahatı və məlumatları protokola əlavə edilməmişdir. Bununla əlaqədar məhkəmə iş üzrə materialları araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin olunmalı, Azərbaycan Respublikası Turizm Agentliyinin Aparat rəhbəri Qasımov Kənan israil oğlu tərəfindən tərtib olunmuş 11.11.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Turizm Agentliyi tərəfindən tərtib olunmuş 11.11.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar İXM-nin 134.1.3-cü və 53.1.2ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(060)-3777/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3777/2021
14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver