Məhkəmə qərarları › İş №3(060)-378/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-378/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-378/2021 29.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi Rəhman Qurbanovun və Rüstəm Zahidovun oğlunun , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2, Sumqayıt Regional Bürosunun vəkili Ruslan Mustafazadənin iştirakları ilə, xx.xx.1989-cu ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 5- ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər məhkəməsinin icraatına Şəxs oğlunun AR İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 29 yanvar 2021-ci il tarixli, MN ******* saylı, 29.01.2020-ci il tarixli, MN ******* saylı və 29.01.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol bu daxil olmuşdur. Ona görə ki 14.01.2021-ci il tarixdə Şəxs oğlu ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan vət. X1 məxsus 80 manat dəyərində olan 1 ədəd təkərli velosipedi və 20 manat dəyərində olan laqundanı oğurlamışdır. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa Şəxs 08.11.2020-ci il tarixdə, saat 06:00-dan 08:00-dək olan müddət ərzində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi fərdi evdə yaşayan X3 məxsus dəyəri 90 manat olan 15 ədəd toyuq oğurlamışdır. Həmçinin Şəxs 15.11.2020-ci il tarixdə, saat 06:00-dan 08:00-dək olan müddət ərzində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi fərdi evdə yaşayan X3 məxsus dəyəri 30 manat olan 5 ədəd toyuq oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-378/2021 №li iş, 3(060)-379/2021 №li iş və 3(060)- 380/2021 №li iş bir icraatda 3(060)-378/2021 nömrə ilə birləşdirilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi Rəhman Qurbanov tərtib etdiyi protokola uyğun izahat verərək bildirdiki, Şəxs 08.11.2020-ci il tarixdə, saat 06:00-dan 08:00-dək olan müddət ərzində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi fərdi evdə yaşayan X3 məxsus dəyəri 90 manat olan 15 ədəd toyuq oğurlamışdır. Həmçinin Şəxs 15.11.2020-ci il tarixdə, saat 06:00-dan 08:00-dək olan müddət ərzində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi fərdi evdə yaşayan X3 məxsus dəyəri 30 manat olan 5 ədəd toyuq oğurlamışdır. Qeyd oluan faktlarla bağlı Polis bölməsində cinayət işinin başlanmasının rədd olunmasına dair qərarlar çıxarılmışdır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi Rüstəm Zahidov tərtib etdiyi protokola uyğun izahat verərək, 80 manat dəyərində olan 1 ədəd təkərli velosipedi və 20 manat dəyərində olan laqundanı Şəxs alınaraq zərərçəkmiş şəxs X1 qaytarıldığını bildirdi. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, 14.01.2021-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan vət. X1 məxsus 80 manat dəyərində olan 1 ədəd təkərli velosipedi və 20 manat dəyərində olan laqundanı oğurladığını və dəymiş ziyanı ödədiyini, 08.11.2020-ci il tarixdə, saat 06:00-dan 08:00dək olan müddət ərzində X3 məxsus dəyəri 90 manat olan 15 ədəd toyuq oğurladığını və həmçinin 15.11.2020-ci il tarixdə, saat 06:00-dan 08:00-dək olan müddət ərzində X3 məxsus dəyəri 30 manat olan 5 ədəd toyuq oğurladığını bildirdi. Əməlindən peşman olduğunu və ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X6 izahat verərək bildirdi ki, Şəxs tərəfindən ona məxsus olan ümumilikdə qiyməti 120 manat olan 30 ədəd toyuq oğurlanmışdır. Ona dəymiş maddi ziyanın ödənilmədiyini və barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs oğlundan şikayətçi olduğunu və buna görə də onun barəsində inzibati tenbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X5 Ruslan Oruc oğluna yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs oğlu tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir və şikayətçidir. İş materiallarında olan zərərçəkmiş şəxs X4 oğlu tərəfindən verilmiş ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir və şikayət və tələbi yoxdur. Azərbaycan respublikası İnzibati Xətalar məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunan 14.01.2021-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan vət. X1 məxsus 80 manat dəyərində olan 1 ədəd təkərli velosipedi və 20 manat dəyərində olan laqundanın oğurlanması faktı üzrə epizoda Azərbaycan Respublikası İXM-nin 53.0.10-cü maddəsinə əsasən xitam verilməlidir. Digər epizodlar üzrə Şəxs oğlu inzibati məsuliyyətə cəlb olunmalı və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki,Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l dı : Şəxs tərəfindən 14.01.2021-ci il tarixdə Şəxs oğlu ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan vət. X1 məxsus 80 manat dəyərində olan 1 ədəd təkərli velosipedi və 20 manat dəyərində olan laqunda oğurlanması faktı üzrə inzibati xəta haqqında epizoda Azərbaycan Respublikası İXM-nin 53.0.10-cü maddəsinə əsasən xitam verilsin. Şəxs 08.11.2020-ci il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi fərdi evdə yaşayan X3 məxsus dəyəri 90 manat olan 15 ədəd toyuq oğurluğu və 15.11.2020-ci il tarixdə, saat 06:00-dan 08:00-dək olan müddət ərzində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi fərdi evdə yaşayan X3 məxsus dəyəri 30 manat olan 5 ədəd toyuq oğurluğu epizodlarına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 29 yanvar 2021-ci il tarixdən, saat 16.20-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar