Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-379/2021 29.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili- Vəkil, Zərərçəkmiş şəxs X1, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisləri Rəhman Qurbanovun və Rüstəm Zahidovun iştirakları ilə, Şəxs. xx.xx.1989-cu ildə Qubadlı rayonu, Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qubadlı rayonu, Xanlıq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Sumqayıt ŞPİ-nin 5-ci PB-dən 29.01.2021-ci il tarixdə inzibati xəta haqqında MN seriyalı ******* saylı protokol ona görə tərtib olunmuşdur ki, o, 15.11.2020-ci il tarixdə saat 06:40 radələrində M.Ələsgərova aid Sumqayıt şəhəri Yaşıldərə bağlar massivindəki həyət evindən 5 ədəd toyuq oğurlamışdır. Bundan başqa, Şəxs barəsində Sumqayıt ŞPİ-nin 5-ci PB-dən 29.01.2021-ci il tarixdə MN seriyalı ******* saylı protokol ona görə tərtib olunmuşdur ki, 08.11.2020-ci il tarixdə saat 06:10 radələrində M.Ələsgərova aid Sumqayıt şəhəri Yaşıldərə bağlar massivindəki həyət evindən 15 ədəd toyuq oğurlamışdır. Bundan başqa, Şəxs barəsində Sumqayıt ŞPİ-nin 5-ci PB-dən 29.01.2021-ci il tarixdə MN seriyalı ******* saylı protokol ona görə tərtib olunmuşdur ki, 14.01.2021-ci il tarixə keçən gecə Sumqayıt şəhəri Yaşıl dərə bağlar massivində Samir Hüseynova aid həyətdən 1 ədəd velosiped oğurlamışdır. Sumqayıt ŞPİ-nin 5-ci PB-dən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 29.01.2021-ci il tarixdə inzibati xəta haqqında MN seriyalı ******* №li və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 29.01.2021-ci il tarixdə MN seriyalı ******* №li və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 29.01.2021-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-378/2021, 3(060)-379/2021 və 3(060)-380/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-378/2021 nömrəsi ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 29.01.2021-ci il tarixdə inzibati xəta haqqında MN seriyalı ******* №li və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 29.01.2021-ci il tarixdə MN seriyalı ******* №li və yenə həmin məcəllənin 227-ci maddəsi ilə 29.01.2021-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 378/2021, 3(060)-379/2021 və 3(060)-380/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)- 378/2021 nömrəsi ilə birləşdirilsin. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-379/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-379/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver