Məhkəmə qərarları › İş №3(060)-3798/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3798/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3798/2021 06.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə 06 dekabr 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 04.12.2021-ci il tarixdə saat 21:50 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Bakı küçəsində avtobus dayanacağının qarşısında Şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək polis bölməsinə getməkdən imtina etmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X4 izahatında göstərdi ki, 04.12.2021-ci il tarixdə saat 21:50 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Bakı küçəsində avtobus dayanacağının qarşısında Şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək polis bölməsinə getməkdən imtina etmişdir. Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində gözəllik salonlarının birindən oğurluq hadisəsi baş vermişdir. O, oğurluq edən şəxsə bənzədiyindən polis bölməsinə dəvət edildikdə o, buna etiraz edərək yüksək səslə nalayiq ifadələr işlədərək ətrafdakı insanların narahatçılığına səbəb olmuşdur. Polis əməkdaşları onu avtomobilə əyləşdirmək istəsələr də o, polisin qanuni tələbinə məhəl qoymayaraq avtomobilə minməkdən yayınmışdır. Qeyd olunan hal hadisənin baş verdiyi yerdə təhlükəsizlik kameralrında öz əksini tapmışdır. Sözü gedən video görüntüsü iş materialına əlavə olunmuşdur. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 04.12.2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Bakı küçəsində avtobus dayanacağının qarşısında dayanarkən mülki geyimdə tanımadığı şəxslər onun qolundan tutaraq onlarla birlikdə polis bölməsinə getməyini bildirdilər. Həmin şəxslər əvvəl özlərini təqdim etmədiyinə görə o nə baş verdiyini başa düşməmişdir. Buna görə də etiraz etmiş və onu məcbur halda aparmalarına etirazını bildirirərk onlardan xidməti vəsiqələrinin göstərmələrini tələb etsə də onu məcburi halda avtomobilə əyləşdirərək onu polis bölməsinə aparmışlar. Otaqların birində ondan Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində oğurluq hadisəsi ilə bağlı gətiriklərini bildirdilər. Lakin polislərə bildirmişdir ki, onun qeyd olunan oğurluq hadisəsi ilə bağlı heç bir əlaqəsi yoxdur. Əgər oğurluq işi ilə bağlı əlaqəsi olarasa məsuliyyətə cəlb olunmağına heç bir etirazının olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində izahat vermiş Şahid1 izahatında bildirdi ki, 04.12.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Mikayıl Əsgərov və PB-nin kiçik inspektoru, polis serjantı Şahid2lə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində xidmət edən zaman bir nəfər şəxsi avtobus dayanacağının qarşısında, 10-cu mikrorayon ərazisində baş vermiş oğurluq hadisəsində müşahidə kamerasına düşən oğurluq edən şəxsə bənzədiyi üçün, həmçinin özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib və həmin şəxsi oğurluq hadisəsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etdilər. Həmin şəxs onlara aqressiya göstərərək səs-küy salaraq bölməyə getməyə etiraz etmişdir. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam edərək onların ünvanlarına nalayiq ifadələr işlədərək ətrafdakı insanların narahatçılığına səbəb olmuşdur. Onlar həmin şəxsi polisin 1ci PB-yə gətirdikdə məlum oldu ki, həmin şəxs xx.xx.1994-cü il təvəllüdlü, ünvan 1-də qeydiyyatda olan və yaşayan Şəxsdur. Məhkəmədə şahid qismində izahat vermiş Şahid2 izahatında bildirdi ki, 04.12.2021ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Mikayıl Əsgərov və PB-nin kiçik inspektoru, polis serjantı Şahid2lə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində xidmət edən zaman bir nəfər şəxsi avtobus dayanacağının qarşısında, 10-cu mikrorayon ərazisində baş vermiş oğurluq hadisəsində müşahidə kamerasına düşən oğurluq edən şəxsə bənzədiyi üçün, həmçinin özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib və həmin şəxsi oğurluq hadisəsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etdilər. Həmin şəxs onlara aqressiya göstərərək səs-küy salaraq bölməyə getməyə etiraz etmişdir. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam edərək onların ünvanlarına nalayiq ifadələr işlədərək ətrafdakı insanların narahatçılığına səbəb olmuşdur. Onlar həmin şəxsi 1-ci PB-yə gətirdikdə məlum oldu ki, həmin şəxs xx.xx.1994-cü il təvəllüdlü, ünvan 1-də qeydiyyatda olan və yaşayan Şəxsdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin, sahə müvəkkilinin izahatlarını dinləyib, iş materialına əlavə olunmuş DVD diskə baxaraq və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan inzibati qaydada tutma haqqında 05.12.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 05.12.2021-ci il tarixdə inzibati qaydada tutulmuş və 06.12.2021-ci il tarixdə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş diskdən görünür ki, Şəxs polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs peşimançılığını məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200,00 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınsın və ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 150,00 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar