Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3799/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhər polis idarəsinin dövlət yol polisi şöbəsinin polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsinin dövlət yol polis şöbəsinin polis kapitanı X6 tərəfindən 08.11.2021-ci il tarixdə inzibati xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, “Volkswagen Touareg cip” markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən xx.xx.1972-ci ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Sumqayıt şəhəri, Sülh-N.Nərimanov küçəslərinin kəsişməsində sola dönərkən düzgün manevr etməyib, qarşısında sola dönmək üçün dayanan “Nissan Tida minik” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sol yan hissəsiylə toqquşmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Sumqayıt şəhər polis idarəsinin dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 327.1 və 332.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 07 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işin baxılması 07 dekabr 2021-ci il tarixə təyin olunmuşdur. Protokolu tərtib etmiş Sumqayıt şəhər polis idarəsinin dövlət yol polisi şöbəsinin polis kapitanı X6 məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verərək Şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt şəhəri, Sülh-N.Nərimanov küçəslərinin kəsişməsində sola dönərkən düzgün manevr etməyib, qarşısında sola dönmək üçün dayanan “Nissan Tida minik” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sol yan hissəsiylə toqquşmuşdur. Hadisə zamanı heç kəs bədən xəsarəti almamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda əməlindən peşman olmasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən İİ Qarabağ müharibəsində oğlu X7 oğlunun şəhid olmasının nəzərə alınaraq ona yüngül tənbeh tədbiri verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, X2 əməli 332.4-cü maddədən əlavə İXM-nin 327.1-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 327.1-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. İş materialında olan 20 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polis şöbəsinin arayışından görünür ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin “X4” komputer məlumatına əsasən xx.xx.1972-ci il təvəllüdlü Şəxs nəqliyyat vasitələrinin idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. İş materialında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 9651№li 06.11.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (06.11.2021-ci il tarixdə) alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materialında olan X3 08.11.2021-ci il tarixli izahatında, hadisə zamanı xəsarət alan olmamsını qeyd etmişdir. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində sosial xidmətlər agentliyinin 004917 № vəsiqəsindən görünür ki, Şəxs şəhid ailəsi üzvüdür. İş materialına əlavə olunmuş çıxarışdan görünür ki, X7 oğlu 2020-ci il iyulun 28i həqiqi hərbi xidmətə çağırılmışdır. Oktyabrın 4-ü Suqovuşan döyüşündə şəhid olmuş, 17si Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə əsgər X7 oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ bəndinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs sürücülük hüququ olmadan avtomobili idarə edərkən manevr qaydalarını pozaraq X3 idarə etdiyi avtomobilə vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Bundan başqa iş materiallarından görünür ki, Şəxs oğlu X7 oğlu 2020-ci il iyulun 28-i həqiqi hərbi xidmətə çağırılmışdır. Oktyabrın 4-ü Suqovuşan döyüşündə şəhid olmuş, 17-si Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə əsgər X7 oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi onun özünün izahatı və iş materialları ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 332.4-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını və şəhid ailəsi üzvünün olmasını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) imzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir. Hazırkı işdə vurulmuş əmlak zərərinin məbləğini təsdiq edən sübutlar yoxdur. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Zərər şəkmiş şəxs X5 izah olunur ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3799/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3799/2021
07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver