Məhkəmə qərarları › İş №3(060)-38/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-38/2021

28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-38/2021 28.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs X6 oğlunun iştirakları ilə, Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 24.11.2020-ci il tarixli TP ******* saylı Qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 Zeyqəm oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 24.11.2020-ci il tarixli TP ******* saylı Qərarın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X6 oğlu izahatında bildirdi ki, 24.11.2020-ci il tarixdə Sumqayıt şəhər DYPŞ-nin rəisi polis mayoru X5 tərəfindən onun barəsində AR İXM-nin 327.1 və 327.6-cı maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən “İnzibati tənbeh vermə” haqqında qərar qəbul edilərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Belə ki, 26.10.2020-ci il tarixdə saat 18-20 radələrində özünə məxsus “Mersedes Benz C240” markalı, ** LT *** dövlət qeydiyyat nişanlı avtomobillə “Sülh” küçəsi ilə hərəkət edərkən qarşısında olan avtomobillə düzgün ara məsafəsi saxlamayıb onunla toqquşmuş, həmin avtomobil də özündən qarşıdakı avtomobillə toqquşmuş, nəticədə zərərçəkən şəxslərə maddi ziyan dəymişdir. Hadisədən dərhal sonra digər avtomobilin sürücüsünün aqressiv olduğunu görüb qorxmuş, dava düşməsindən ehtiyat edərək birbaşa DYPŞ-yə gedib özünü təqdim etmişdir. Orada sərxoşluğun tibbi müayinəsindən keçmiş və hadisə zamanı ayıq olduğu da müəyyən edilmişdir. Hadisə nəticəsində bədən xəsarəti alan olmamış, heç kimin tibbi yardıma ehtiyacı olmamışdır. Yol hərəkəti haqqında AR Qanununun tələbini pozduğunu üçün barəsində ARX-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş qərarla razıdır. Lakin hadisədən dərhal sonra könüllü olaraq polisə getdiyi üçün barəsində ARX-nin 327.6-cı maddəsi ilə qəbul edilmiş qərarı qanunsuz hesab edir. Odur ki, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində çıxış edən X2 bildirdi ki, Sumqayıt şəhər DYPŞnin Axtarış büro üzrə baş inspektor vəzifəsində xidmət edir. 26.10.2020-ci il tarixdə X3 Zeyqəm oğlu könüllü olaraq DYPŞ-yə gəlib özünü təqdim etmiş, baş vermiş hadisə barədə ona məlumat vermişdir. İş materiallarında olan X6 oğluna təqdim edilmiş 24.11.2020-ci il tarixli, TP ******* №li inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görəyüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X6 oğlunun şikayəti təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirləndirilməsinə dair qəbul edilmiş 24.11.2020-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar qismən ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 oğlunun şikayəti təmin edilsin. Sumqayıt şəhər X8 Şöbəsi tərəfindən qəbul edilmiş 24.11.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar X6 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin. X6 oğlu barəsində tətbiq edilmiş 100 (yüz) manat cərimə dəyişdirilərək 40 (qırx) manat müəyyən edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar