Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-380/2023 10.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X2 daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı daxil olmuş materialın natamam müəyyən olunmuşdur. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta haqqında İXP ******* nömrəli protokol inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan 1 (bir) gün tez tərtib olunmuşdur. İXP ******* nömrəli protokol xx.xx.2023-cü il tarixdə, inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə GP 14697694 nömrəli qərardad isə xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. AR İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol xx.xx.2023-cü il tarixdə tərtib edilsə də, baxılması üçün məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. İş materiallardan görünür ki, inzibati araşdırma aparılması haqqında qərardad səlahiyyətli vəzifəli şəxs tərəfindən ya qəbul edilməmiş, ya da qəbul edildiyi halda iş materiallarına əlavə edilməmişdir. AR İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət yaranır. İş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, sürücü Şəxs sürücülük kateqoriyası (D) olmadan avtomobili idarə edərək, X1 məxsus Mercedes ** ZT *** nömrə nişanlı avtomobillə toqquşaraq sonuncuya maddi zərər vurmuşdur. Lakin iş materiallarına zərərçəkmiş şəxsə dəymiş maddi zərəri təsdiq edə biləcək hər hansı sənəd əlavə olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Pİ-nin DYP Şöbəsinə geri qaytarılsın. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-380/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-380/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver