Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-380/2025 03.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və işçisi X1 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 05 fevral 2025-ci il tarixli, inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 264.0.1-ci maddəsinə əsasən tərtib edilmiş MN ******* saylı, 05 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən Şəxs MMC-nə məxsus motor yağı istehsalı zavodunda fəaliyyət zamanı formalaşan çirkab kanalizasiya sularının təmizlənmədən birbaşa "xxxx" kanalına axıdıldığı və müəssisənin təmizləyici qurğu olmadan istismar edildiyinin müəyyən edildiyi göstərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 çıxışında bildirdi ki, inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib olunmuşdur. Protokolun tərtib olunmasına əsas 88780 nömrəli akt və həmin ünvanda çəkilmiş fotoşəkillər olmuşdur. Qeyd edir ki, həmin akta əsasən Xəzər dənizinin hövzəsini çirkləndirən su hövzələri ilə bağlı aparılan monitorinq zamanı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Şəxs MMC-də formalaşan çirkab suların təmizlənmədən birbaşa "xxxx" kanalına axıdıldığı müəyyən edilmişdir. Bu da, Xəzər dənizinin çirklənməsinə səbəb olur. Qeyd edir ki, materiala əlavə olunmuş fotoşəkillərdən müəssisənin ərazisindən Acıdərə kanalına çirkab su axıdıldığını görmək mümkündür. Bildirir ki, Su Məcəlləsinin tələbinə əsasən müəssisədə kanalizasiya şəbəkəsi olmadığı təqdirdə təmizləyici qurğudan və yaxud germetik şambodan istifadə etməklə müvafiq texnikanın vasitəsilə daşınma həyata keçirilməlidir. Protokolu müdafiə edir, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə iclasında Taleh Əzizov verilmiş suallara cavab olaraq bildirmişdir ki, Technoil MMC-də formalaşan çirkab suların birbaşa axıdıldığı və barəsində bəhs edilən nasosxana X2 Sumqayıt şəhər Sukanal idarəsinin balansındadır. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və satınalma üzrə aparıcı müətəxəssisi vəzifəsində çalışan X6 izahatından bildirdi ki, özlərini inzibati xətanın törədilməsində təqsirli bilmirlər. Belə ki, Şəxs MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müqaviləsi vardır. Həmin müqavilədə çirkab suların hara axıdılması ilə bağlı qeydlər göstərilməsə də, Su Kanal idarəsinin əməkdaşları çirkab suyun haraya axıdılmasını onlara əyani olaraq göstərmiş, buna uyğun olaraq çirkab su axıdılır. Qeyd edir ki, həmin müqavilə əsasında aldıqları içməli suya, həm də müəssisədə formalaşan çirkab suyun axıdılması üçün "xxxx" ASC-yə vaxtlı-vaxtında ödəniş etmişlər. Hər bir kub metr suya görə 1 manat ödəniş etmişlər. Bildirir ki, bir neçə gün öncə "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən həmin MMC tərəfindən də müəssisədən axıdılan çirkab sudan nümunə götürülərək yoxlama keçirilmişdir. Rəşad Kərimov izahatında onu da bildirmişdir ki, müəssisə ərazisində 01 ədəd şambo quraşdırılmış, şamboya axıdılan çirkab suların utulizasiya edilməsi məqsədilə fiziki şəxs X5 ilə MMC arasında müqavilə imzalanmışdır. Qeyd edir ki, zavod ərazisində formalaşan tullantı yağ və maye qalıqları toplanılaraq utilizasiya edilir. Belə ki, Şəxs MMC ilə “X14” MMC arasında bağlanmış müqaviləyə əsasən həmin tullantıarı yağlar toplanılaraq utilizasiya edilir. Həmin MMC 1 ton yararsız maye və ya yağın utilizasiya edilməsi üçün onlardan 130 manat xidmət haqqı aldığını bildirmişdir. Müəssisə ərazisində 4 ədəd ayaqyolunun oluduğunu, həmin ayaqyolularda formalaşan çirkab suların boru vasitəsilə birbaşa X2 Sumqayıt şəhər Sukanal idarəsinin balansında olan nasosxanaya axıdıldığını bildirmişdir. Lakin həmin suyun Su Kanal İdarəsi tərəfindən hara axıdılmasından məlumatı olmamışdır. Müəssisədə quraşdırılmış şambodan və ya hər hansı boru ilə "xxxx" Kanalına indiyədək çirkab su axıdılmamışdır. xx.xx.2025-ci il tarixli "xxxx"-da qeyd edilənlər həqiqəti əks etdirmir. MMCnin hərəkətlərində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında əlavə şahid qismində izahatı alınmış Sumqayıt şəhər Sukanal İdarəsinin texnoloqu Şahid izahatında bildirdi ki, "xxxx" kanalı Sumqayıt şəhər Sukanal İdarəsinin balansında yox, Sumqayıt şəhəri İcra hakimiyyətinin balansındadır. Belə ki, Şəxs MMC-nin fəaliyyət göstərdiyi 76-cı məhəllə ərazisində kanalizasiya şəbəkəsi olmadığı üçün hər bir müəssisə ərazisində şambo quraşdırmalıdır. Bildirir ki, "xxxx" kanalı şəhər İcra Hakimiyyətinin balansında olmasına baxmayaraq kanala texniki xidməti Sukanal İdarəsi həyata keçirmişdir. Şahid ona ünvanlanmış sualara cavab olaraq bildirmişdir ki, həqiqətən də təqdim edilən müqavilədə tullantı sularının fasiləsiz qəbulu "xxxx" ASC-nin Sumqayıt şəhər Sukanal İdarəsinin üzərinə vəzifəsi kimi qoyulmuşdur. Bununla bağlı qeyd edir ki, Sumqayıt şəhəri ərazisində formalaşan çirkab sular əvvəlcə Təmizləyici qurğular sexinə təmizləndikdən sonra Xəzər dənizinə axıdılır. Hətta 76-cı məhəllə ərazisində bir sıra obyektlərdə formalaşan çirkab sular təmizləyici qurğular sexinə oradan da təmizləndikdən sonra Xəzər dənizinə axıdıldığını bildirmişdir. Şahid izahat verərkən Şəxs MMC-nin əməkdaşı Rəşad Kərimova “bəs nədən yoxlayıcılar gələndə siz müəssisədə formalaşan çirkab suların Acıdərə Kanalına deyil, Sukanal İdarəsinin balansında olan nasosxanaya axıdıldığını deməmişdiniz” sualına Rəşad Kərimov yoxlayıcıların buna imkan vermədiyini, cərimə yazmalı oduqlarını bildirdiklərini qeyd etmişdir. Şahid eyni zamanda bildirmişdir ki, həqiqətən də 76-cı məhəllə ərazisində Sukanal idarəsinin balansında olan və fəaliyyət göstərən nasosxana mövcuddur. Sukanal İdarəsi həmin nasosxana vasitəsilə ora toplanan çirkab suları Acıdərə kanalına ötürür. Həmin nasosxana Sumqayıt şəhər Məhkəmə Kompleksinin arxasında yerləşən fabrikin ərazisində yerləşir. Qeyd edir ki, əgər həqiqətən də Şəxs MMC tərəfindən çirkab sular boru vasitəsilə balanslarında olan nasosxanaya axıdılmışdırsa, həmin su nassosxana vasitəsilə onlar tərəfindən Acıdərə kanalına axıdılmışdır. Yox əgər birbaşa Acıdərə kanalına axıdılmışdırsa bu zaman bunun Sukanal İdarəsinə heç bir aiddiyyatı olmayacaqdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsələhətçi müfəttişi vəzifəsində işləyən işçisi X7 izahatında bildirdi ki, Acıdərə kanalının ətrafında çirkləndirici müəssisələr olduqca çox olduğuna görə nazirlikdən onlara həmin müəssisələrdən çirkab suların axıdılması ilə bağlı bülletenlər daxil olmuş, həmin bülletenlər əsasında onlar monitorinqlər keçirmişlər. Qeyd edir ki, monitorinqlər zamanı Şəxs MMC tərəfindən çirkab suların "xxxx" kanalına axıdılması faktı müəyyən edilmişdir. Şahid Rafiq Quliyev ona ünvanlanmış sualara cavab olaraq bildirmişdir ki, Şəxs MMC zavodda formalaşan çirkab suları boru vasitəsilə Sukanal İdarəsinin balansında olan 76-cı məhəllədə yerləşən nasosxnaya ötürür. Materiala əlavə edilən və yoxlama zamanı onalar tərəfindən çəkilən fotoşəkildə görünən boru və həmin boru ilə axıdılan çirkab su birbaşa Şəxs MMC-dən deyil, həmin nasosxanadan gəlir. Həmin nasosxanaya nəninki Technoil MMC-dən hətta "xxxx" MTK, "xxxx" MMC-də formalaşan çirkab sular da axıdılır. Qeyd edir ki, yoxlama zamanı müəssisədə formalaşan çirkab suyun müəssisədən birbaşa Acıdərə kanalına axıdılması faktını müəyyən etməmişlər. Fotoşəkildə olan çirkab su borusu öz mənbəyi Sukanal idarəsinin balansında olan nasosxanadan götürür ki, oraya müxtəlif yerlərdən çirkab sular axıdılır. Eyni zamanda bildirir ki, həmin nasosxnada təmizləyici qurğu quraşdırılmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsələhətçi müfəttiş vəzifəsində işləyən əməkdaşı X3 şahid Rafiq Quliyevin izahatında göstərdiklərini bir daha təsdiq etmiş, eyni zamanda bildirmişdir ki, yoxlama zamanı Şəxs MMC-dən Acıdərə kanalına birbaşa çirkab suyun axıdılması halını müəyyən etməmişlər, belə ki, fotoşəkildə görünən çirkab suyun axıdıldığı boru öz mənbəyini Şəxs MMC-dən deyil, Sukanal İdarəsinin balansında olan nasosxanadan götürmüşdür. Həmin nasosxana X2 Sumqayıt şəhər Sukanal idarəsinin balansındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 05 fevral 2025-ci il tarixli 88780 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən Şəxs MMC-nə məxsus mator yağları istehsalı zavodunda fəaliyyət zamanı formalaşan çirkab suların təmizlənmədən birbaşa yaxınlıqdan keçən "xxxx" kanalına axıdılması faktı müəyyən edilmişdir. Əlavə edilmiş fotoşəkildən baxış zamanı bir ədəd borunun torpağın altından keçirilməklə kiçik bir su hövzəsinə çıxıntısının olduğu görmək mümkündür. Digər fotoşəkildə yoxlayıcının akt tərtib etdiyi digər şəxsin sanki nə isə izah etdiyi müəyyən edilir. "xxxx" ASC ilə bağlanmış 01 06 2022-ci il tarixli müqvilədən görünür ki, tərəflər arasında müqavilə bağlanmış, "xxxx" ASC-nin istehlakçı Şəxs MMC-nin tələbatına uyğun məişət-içməli və istehsalat məqsədilə su ilə təmin etmək və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi öhdəsinə götürmüşdür. Şəxs MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, MMC müqavilə bağlandığı gündən 2024-cü ilin dekabr ayınadək çirkab suyun qəbulu üçün Azərsu ASC-yə 8048 manat xidmət haqqı ödəmişdir. Təqdim edilmiş 07 yanvar 2025-ci il tarixli “Xidmət müqaviləsindən” görünür ki, fiziki şəxs X5 ilə Şəxs MMC arasında müəssisə ərazisində bütün biotualet çənlərindən çirkab suların çəkilərək daşınması və utulizasiyası xidmətinin göstərilməsi barədə müqavilə bağlamışlar. “İstehsalat zamanı yaranmış yararsız mayelərin çəkilərək daşınması və Utilizasiyası xidmətlərinin göstərilməsi haqqında” 031/01-25 saylı, xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Şəxs MMC ilə “X14” MMC arasında istehalat zamanı yaranmış yarasız mayelərin, yağların çəkilərək daşınması, emalı ulitizasiyası xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Təqdim edilmiş, xx.xx.2023-cü il tarixli Xüsusi lisenziyadan görünür ki, toksiki istehsalat tullantılarının utilzasiyası üçün “X14” MMC-yə İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilmişdir. Təqdim edilmiş 12 fevral 2025-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ilə Şəxs MMC arasında daha ətraflı analizlərin aparılması haqqında müqavilə bağlamışlar. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 264.0.1-ci maddəsinə görə su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan göründüyü kimi, İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati xəta tərkibinin əlamətlərinin yaranması üçün fiziki, vəzifəli və ya hüquqi şəxs tərəfindən su obyektlərinin mühafizəsi qaydalarının pozulması, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi göstərilmişdir. Məhkəmə iclasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Şəxs MMC-nə məxsus mator yağları istehsalı zavodunda fəaliyyət zamanı formalaşan çirkab suların təmizlənmədən birbaşa yaxınlıqdan keçən "xxxx" kanalına axıdılması faktının müəyyən edildiyi və bu barədə 05 fevral 2025-ci il tarixli 88780 nömrəli akt tərtib edildiyi üçün hüquqi şəxs barəsində müvafiq protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, tərtib edilmiş həmin akt və həmin ünvanda çəkilmiş fotoşəkillər əsasında Şəxs MMC-ni həmin maddə inzibati məsuliyyətə cəlb etmək olmaz, əksinə hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığ üçün başlanmış inzibti xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən ilk növbədə məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən təqdim edilmiş və həmin MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, bir tərəfdən "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsinin (bundan sonra Müəssisə) rəisi Xalid Quliyev digər tərəfdən (bundan sonra İstehlakçı) Şəxs MMC şəxsində Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli 723-İQ nömrəli, “Su təchizatı və tullantı suları haqqında” Qanuna və "xxxx"-na uyğun olaraq müqavilə bağlanmışdır. Həmin müqavilənin Müəssisənin hüquq və öhdəliklərindən bəhs edən 3.1-ci bəndində: müəssisənin istehlakçının tələbatına uyğun məişət (təsərüffat) - içməli və istehsalat məqsədli su ilə təmin etdiyini və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirdiyi qeyd edilmişdir. Bu məqsədlə istehlakçıdan qəbul edilmiş 1 M3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 1.00 manat alınması həmin müqavilədə təsbit edilmişdir. Məhkəmə araşdırması zamanı barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi zavoddan "xxxx" kanalına birbaşa çirkab suyun axıdılmadığını belə ki, MMCdə formalaşan çirkab suları aralarında bağlanmış müqaviləyə əsasən Sumqayıt Sukanal İdarəsinin balansında olan 76-cı məhəllədə yerləşən nasosxnaya ötürüldüyünü bildirmişdir. Halbuki, 88780 saylı, xx.xx.2025-ci il tarixli aktda 4 saylı RETSİ-nin müffətişləri fərqli halı müəyyən etdiklərini qeyd etmişlər. Məhkəmə qeyd edir ki, həmin aktda inzibati protokolun tərtb edilməsi üçün əsas kimi Şəxs MMC-yə məxsus mator yağları zavodunda fəaliyyət zamanı formalaşan çirkab suların təmizlənmədən birbaşa "xxxx" kanalına axıdıldığı göstərilsə də, məhkəmə iclasında yoxlayıcılar Rafiq Quliyev və Mircavid Məcidli iclasa sədrlik edənin sullarına cavab olaraq bildirmişdir ki, əslində həmin zavoddan Acıdərə kanalına birbaşa çirkab suların axıdılması faktını müəyyən etməmişlər. Belə ki, onlar tərəfindən çəkilmiş və iş materillarına əlavə edilmiş fotoşəkildə görünən və çirkab suların axıdılması üçün nəzərədə tutulan boru öz mənbəyini Şəxs MMC-yə məxsus mator yağları zavodunda deyil, Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən Sukanal idarəsinin balansında olan və fəaliyyət göstərən nasosxanadan götürdüyünü bildirmişlər. Bundan başqa şahidlər (yoxlayıcılar) yoxlama zamanı Şəxs MMC-yə məxsus mator yağları zavodundan çirkab və ya tullantı suların birbaşa Acıdərə kanalına axıdılması üçün istifadə edilən (yəni Sukanal idarəsinin balansında olan nasosxanaya daxil olmadan) hər hansı boru aşkar etmədiklərini bildirmişlər. Göründüyü kimi xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq Sumqayıt Sukanal idarəsi sifarişçi Şəxs MMC-dən tullantı sularını qəbulunu həyata keçirmiş, hətta göstərilən xidmət müqabilində 2022-ci il ilk ayından 2025-ci ilin əvvəlinədək sifarişçi müəssisəyə 8048 manat məbləğində xidmət haqqı ödəmişdir. Əslində Sumqayıt Sukanal İdarəsi Şəxs MMC-yə məxsus zavodda yaranmış tullantı sularını balansında olan nasosxanaya qəbul etmiş, blakin təmizləmədən Acıdərə kanalına axıtmışdır. Lakin yoxlayıcılar əsası olmayan, o cümlədən izahatları ilə özlərinin də təkzib etdiyi iki ədəd fotəşəkil çəkib iş materialına əlavə etməklə məhkəmənin qanunsuz qarar qəbul etməsinə nail olmağa çalışmışlar. Məhkəmə vurğulayır ki, Sumqayıt Sukanal İdarəsinin texnoloqu Şahid qismində izahat verdiyi zaman Şəxs MMC-nin əməkdaşı Rəşad Kərimova “bəs nədən yoxlayıcılar gələndə siz müəssisədə formalaşan çirkab suların Acıdərə Kanalına deyil, Sukanal İdarəsinin balansında olan nasosxanaya axıdıldığını deməmişdiniz” sualına Rəşad Kərimov yoxlacıların buna imkan vermədiyini bildirməklə, əslində Şahid Şəxs MMC-nin hazırki inzbati xətanın törədilməsində təsqirli olmamamasını diqqətə çatdırmağa çalışmışdır. Şahid eyni zamanda izahatında bildirmişdir ki, əgər həqiqətən də Şəxs MMC tərəfindən çirkab sular boru vasitəsilə Sukanal idarəsinin balansında olan nasosxanaya axıdılmışdırsa, həmin su nassosxana vasitəsilə həmin İdarə tərəfindən Acıdərə kanalına axıdılmışdır. Yox əgər Şəxs MMC birbaşa "xxxx" kanalına çirkab suyu axıtmışdırsa, bu zaman bunun Sukanal İdarəsinə heç bir aidiyyatı olmayacaqdır deyə izahat vermişdir. Məhz məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın, barəsində porotokl tərtib edilmiş hüquqi şəxsin, o cümlədən şahidlərin verdiyi izhatalar nəticəsində Şəxs MMC-nə məxsus mator yağları istehsalı zavodunda fəaliyyət zamanı formalaşan çirkab suların "xxxx" kanalına axıdılmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs MMC əlavə olaraq zavod ərazisində şambo quraşdırmış, həmin şamboya yığılan əlavə çirkab suların utilizasiyası üçün fiziki şəxs Firdovsi Vəliyevlə xx.xx.2025-ci il tarixli müqavilə imzalamışdır. Məhkəmə Şəxs MMC-də təmizləyici qurğunun qurşadırılmaması ilə bağlı dispozitiv şərtə münasibətdə qeyd edir ki, işin mübahisəsiz halı məhz Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində kanalizasiya şəbəkəsinin olmaması olmuşdur. Məhz bu ərazidə kalanizasiya şəbəkəsi olmadığından adı çəkilən MMC Sumqayıt Sukanal İdarəsi ilə yuxarıda qeyd edilən müqaviləni bağlamış, çirkab suların axıdılmasını həmin idarənin balansında olan nasosxanaya axıtmışdır. Məhkəmə yuxarıda sadalananlara əsaslanaraq Şəxs tərəfindən İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati xətanın törədilməməsi qənaətinə gəlir və hesab edir ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin hərəkətlərində həmin maddə ilə inzibati xəta tərkibi olmadığı üçün başlanmış inzbati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-380/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-380/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver