Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3801/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, protokol tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidmətinin inspektoru, polis serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1983-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidmətinin inspektoru, polis serjantı X4 tərəfindən 29.09.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə inzibati xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, **-CX-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobili etibarnamə ilə idarə edən xx.xx.1983-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan sürücü Şəxs Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkət edən zaman işıq cihazından istifadə qaydasını pozaraq saxlanılmışdır. Həkim yoxlanışından keçən zaman sürücünün sərxoş olması (narkotik vasitə) müəyyən olunmuşdur. Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 329.3 və 333.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 07 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidmətinin inspektoru, polis serjantı X4 izahatında göstərdi ki, **-CX-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobili etibarnamə ilə idarə edən xx.xx.1983-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan sürücü Şəxs Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkət edən zaman işıq cihazından istifadə qaydasını pozaraq saxlanılmışdır. Yoxlama zamanı sürücünün hərəkətlərində şübhə əks edən hərəkətlər olduğundan o, Sumqayıt şəhər Narkoloji Dispanserinə həkim müayinəsinə dəvət olunmuş və həkim yoxlanışından keçən zaman sürücünün sərxoş olması (narkotik vasitə) faktı aşkarlanmışdır. Daha sonra müəyyən olundu ki, onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə TP ******* saylı, 05.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazırkı həkim müayinəsi aktı ilə də inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi öz əksini tapmışdır. Protokolu tərtib edən şəxs qeyd olunanların nəzərə alınmaqla məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsni xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaların törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkət edən zaman işıq cihazından istifadə qaydasını pozaraq saxlanılmışdır. Yoxlama zamanı hərəkətlərindən şübhələndikləri üçün onu həkim müayinəsinə dəvət edilmişdir. Həkim yoxlanışından keçən zaman onun narkotik vasitə təsiri altında olması müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətalardan peşman olduğunun nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izhatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 333.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs 333.2-ci maddədən əlavə İXM-nin 329.3-cü maddəsi ilə də inzibati protokol tərtib edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 329.3-cü maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 13-cü hissəninə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Narkoloji Dispanserin baş həkimi K.Ə.Mehdiyev tərəfindən verilmiş 6873 №li, 10 sentyabr 2021 il tarixli aktdan görünür ki, Şəxs 10 sentyabr 2021-ci il tarixdə həkim müayinəsindən keçmişdir. Müayinə zamanı sürücünün sərxoşluq vəziyyəti (narkotik vasitə) təsdiq olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə olunmuş Lənkaran rayon polis şöbəsi tərəfindən Şəxs barəsində 05.09.2021-ci il tarixdə tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarala Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək, 400 manat məbləğində cərimə olunmuşdur. İş materiallarından görünür ki, Şəxs məxsus BC 009415 № li sürücülük vəsiqəsi 17.12.2008-ci ildən 03.09.2031-ci ilədək etibarlıdır. İş materialına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3603/2021 saylı, 11.11.2021-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş Şəxs barəsində İXM-nin 333.2 və 329.3-cü maddələri ilə tərtib olunmuş AP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinə geri qaytarılmışdır. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, onun özünün izahatı, Lənkaran rayon polis şöbəsinin 05.09.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 6873 №li 10 sentyabr 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Şəxs il ərzində təkrar sərxoş halda avtomobili iadrə etməsi öz təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333.2-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmaqla, cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 500,00 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3801/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3801/2021
07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver