Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3804/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi polis mayoru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Beyləqan rayonu, Bünyadlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan rayonu, İmamverdilər kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllə, fəedi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 07 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN seryalı ******* №li protokol tərtib olunmuşdur ona görə ki, 26.08.2021-ci il tarixində saat 19:30 radələrində yaşadığı evdə Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 5ci polis bölməsinin sahə rəisi polis mayoru X4 məhkəmədə verdiyi izahatında göstərdi ki, 26.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs ərizə ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-yə müraciət edərək bildirmişdir ki, 26.08.2021-ci il tarixdə saat 19:30 radələrində yaşadıqları evdə qeyri-rəsmi olaraq yaşadığı Şəxs aralarında yaranmış mübahisə zamanı ona xəsarət yetirmişdir. Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən 26.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət təqibinə xitam verilmişdir. Lakin, Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə göndərilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilərək, izahatında bildirdi ki, təxminən 10 ildir ki, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq yaşamışdır. 26.08.2021-ci il tarixdə təxminən saat 19:00 radələrində işdən evə gələn zaman onun evdə olmadığını, böyük qızının evdə tək olduğunu görmüşdür. Təxminən saat 19:30 radələrində evə gələn zaman ondan harada olduğunu soruşmuş, o, da Xəqaninin yanından gəldiyini dediyi üçün aralarında mübahisə yaranmışdır. Bu vaxt Zərərçəkmiş şəxs onun üzərinə gəldikdə, özünü müdafiə etmək məqsədi ilə əlləri ilə ona xəsarət yetirmişdir. Qeyd olunanların nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, təxminən 10 ildir ki, Şəxs ilə qeyri-rəsmi olaraq yaşamışdır. Təxminən 4 ay bundan əvvəl öyrənmiş ki, Sevinc Xəqani adlı şəxslə münasibəti vardır. Buna görə də Sevincdən ayrılmış, lakin eyni evdə yaşamışlar. Sevincin ilk ailəsindən bir qız övladı var, onunla ailə həyatından isə daha bir qızları vardır. 26.08.2021-ci il tarixdə təxminən saat 19:00 radələrində işdən evə gələn zaman Sevincin evdə olmadığını, böyük qızının evdə tək olduğunu görmüşdür. Uşaq Sevincin bazara getdiyini demiş və təxminən saat 19:30 radələrində Sevinc evə gələn zaman ondan harada olduğunu soruşmuşdur. Sevinc də Xəqaninin yanından gəldiyini dediyi üçün aralarında mübahisə yaranmış və Sevinc qonşuluqda yaşayan bacısı Sevdanı evə çağıraraq, hər ikisi ondan evi tərk etməsini tələb etmişdirlər. Bu vaxt Sevinc əlləri ilə onun boğazını, sifətini, qollarını və sinəsini cırmaqlamışdır. Qeyd olunanların nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunla müəyyən olunmuş inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan 26.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, MTE və PA şöbəsinin 27.08.2021-ci il tarixli (bölməyə 26.09.2021-ci il tarixdə daxil olmuşdur) 1126 saylı ekspert rəyi alınaraq müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər - sağ yanağın, alt dodağın, boynun sol yan səthinin sıyrığı küt əşya təsirindən törənmişdir, 26.08.2021-ci il tarixdə göstərilən şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Həmçinin həmin xəsarətlərin özü-özünə yetirməsi inkar olunur. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri, onun özünün və zərərçəkmişin izahatı, 07 dekabr 2021-ci il tarixli, MN seryalı ******* saylı inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3804/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3804/2021
07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver