Məhkəmə qərarları › İş №3(060)-381/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-381/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-381/2021 29.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan Şəxs, X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 29.01.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində MN ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4430/2019 saylı, 08.08.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 30.09.2019-cu il tarixddən başlayaraq 29.01.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmasə üçün hər ay 160 manat sabit pul məbləğində aliment X3 ödənilməlidir. Hazırda 3170 manat borc yaranmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4430/2019 saylı, 08.08.2019-cu il tarixli icra sənədinə əsasən ondan 30.09.2019-cu il tarixddən başlayaraq 29.01.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmasə üçün hər ay 160 manat sabit pul məbləğində aliment X3 ödənilməlidir. Sosial İctimai Qurumlar Birliyində işlədiyini, səhhətindəki problemlər və maddi imkanı aşağı olduğundan hər ay 200 manat ödəniş edə biləcəyini bildirdi. Məhkəmə iclasında tələbkar X6 izahat verərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4430/2019 saylı, 08.08.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 30.09.2019-cu il tarixddən başlayaraq 29.01.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmasə üçün hər ay 160 manat sabit pul məbləğində aliment ona ödənilməlidir. Hazırda 3170 manat borc yaranmışdır. Borcun ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər üzrə İcra idarəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında Şəxs işləyib-işləməməsi, əmək haqqı barədə müvafiq araşdırma aparılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində məhkəməyə təqdim edilmiş sənədlər natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 29.01.2021ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra idarəsinə geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar