Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3810/2021 09.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər X8 Şöbəsinin YNHİ polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlunun və müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1967-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ələkbərov küçəsi, ev 13 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vətəndaş Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə 24.11.2021-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, o, 22.11.2021-ci il tarixdə, saat 14:00 radələrində idarə etdiyi “UAZ” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Bakı-Quba yolunun 28-ci kilometrliyində Az-Petrol YDM daxil olmaq üçün sağdan sola manevr edib dönərkən “Mercedes” markalı ** LB *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq sonuncuya maddi zərər vurmuşdur. Yoxlama zamanı məlum olmuşdur ki, sürücünün sürücülük hüququ Abşeron rayon Məhkəməsinin 3 (012)-409/2020-ci il tarixli qərarı ilə məhdudlaşdırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş zərərçəkmiş şəxs X4 məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahat verərək göstərdi ki, vətəndaş Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsi ilə 24.11.2021-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, o, 22.11.2021-ci il tarixdə, saat 14:00 radələrində idarə etdiyi “UAZ” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Bakı-Quba yolunun 28-ci kilometrliyində Az- Petrol YDM daxil olmaq üçün sağdan sola manevr edib dönərkən “Mercedes” markalı ** LB *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq sonuncuya maddi zərər vurmuşdur. Yoxlama zamanı məlum olmuşdur ki, sürücünün sürücülük hüququ Abşeron rayon Məhkəməsinin 3 (012)-409/2020-ci il tarixli qərarı ilə məhdudlaşdırılmışdır. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, 22.11.2021-ci il tarixdə, saat 14:00 radələrində Abşeron rayonu Mərkəzi Poliklinikaya məxsus olan “UAZ” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Bakı-Quba yolu istiqamətində YDM-yə daxil olmaq üçün sola manevr edən zaman solunda olan “Mercedes” markalı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil oğlu hüquqlarını müdafiə etdiyi Şəxs oğlu barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarında olan zərərçəkmiş şəxs X2 izahatından görünür ki, etibarnamə ilə idarə etdiyi “Mercedes” markalı ** LB *** dövlət qeydiyyat nişanlı avtomaşınla 22.11.2021ci il tarixdə, saat 14:00 radələrində Bakı-Quba yolunun 28-ci kilometrliyində Az-petrol yanacaq doldurma məntəqəsinə daxil olarkən sağdan sola manevr edən “UAZ” markalı avtomaşın ilə avtomobilinin sağ tərəfindən toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarından görünür ki, Şəxs oğlunun sürücülük hüququ Abşeron rayon Məhkəməsinin 3 (012)-409/2020-ci il tarixli qərarı ilə məhdudlaşdırılmışdır. Beləliklə, Şəxs oğlunun əməli iş materiallarında olan 24.11.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatı, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görədörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin AR İXM-in 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin AR İXM-in 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 05 saat hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3810/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3810/2021
09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver