Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-383/2023 10.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, Tələbkar Həsənova (Rzayeva) Şərqiyə Ağaqardaş qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1977-ci ildə Şamaxı rayonu, Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində 10 fevral 2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2230/2016 saylı, xx.xx.2016-cı il tarixli və 2(060)-3112/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədlərinə əsasən Şəxs hər 02 (iki) uşağa görə alimenti Həsənova (Rzayeva) Şərqiyə Ağaqardaş qızına ödəməli olsa da, üzürsüz səbəbdən qərəzli icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3112/2015 saylı, xx.xx.2015-ci tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay cavabdeh Şəxs 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində alimentin və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2230/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutularaq Həsənova (Rzayeva) Şərqiyə Ağaqardaş qızına verilməsi qət edilmişdir. 2018-ci il tarixdə tərəflər arasında barışıq olmuş və icra sənədləri icra olunmadan Sumqayıt Şəhər Məhkəməsinə geri qaytarılmışdır. Lakin sonradan münasibətləri pozulmuş və 2021-ci il tarixdə icra sənədləri yenidən icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Borclu dəfələrlə tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunsa da, İdarəyə gəlməmişdir. Məhkəmə qətnamələri ilə müəyyən edilmiş aliment məbləğini ödəməmiş və nəticədə 6300 (altı min üç yüz) manat aliment borcu yaranmışdır. Bundan sonra borclunun barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmiş və icra edilməsi üçün Sumqayıt ŞPİ-nə göndərilmişdir. Borclu Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Ona görə də, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bidirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3112/2015 saylı, xx.xx.2015-ci tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay ondan 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində alimentin və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2230/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq ondan hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutularaq Həsənova (Rzayeva) Şərqiyə Ağaqardaş qızına verilməsi qət edilmişdir. Əvvəllər sürücü işləmiş və aliment ödəmişdir. Lakin ödənilməmiş cərimələri olduğu üçün sürücülük hüququ məhdudlaşdırılmışdır. Maddi imkanının zəif olduğu üçün aliment ödəyə bilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Həsənova (Rzayeva) Şərqiyə Ağaqardaş qızı məhkəmə iclasında izahat verərək bidirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3112/2015 saylı, xx.xx.2015-ci tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay cavabdeh Şəxs 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində alimentin və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2230/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Əvvəllər də 7000 (yeddi min) aliment borcu yaranmışdır. Borclu tutulmasın deyə valideynləri onları barışdırmış və o aliment məbləğindən imtina etmişdir. Lakin bir müddət yaşadıqdan sonra münasibətləri pozulmuş və onlar ayrılmışlar. Uşaqlara heç bir maddi köməklik göstərməmişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün günlərlə yatır və ailənin problemləri ilə maraqlanmır. 6300 (altı min üç yüz) manat aliment borcu yaranmışdır. Aliment borcunun tam olaraq ödənilməsini tələb edir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər ödənişi gecikdirmiş və tam ödəniş etməmişdir. Buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs tərəfindən icra sənədi üzrə 6300 (altı min üç yüz) manat məbləğində alimentin borcunun ödənilməməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 10 fevral 2023-cü il, saat 15:05-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Bürosunun vəkili X2 göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-383/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-383/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver