Məhkəmə qərarları › İş №3(060)-3834/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3834/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3834/2021 20.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Hacıyev sədrliyi, X1 iclas katibliyi, ünvan 1 ünvanında yerləşən Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 16 noyabr 2021-ci il tarixli AP ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs MMC 16.11.2021-ci il tarixdə saat 11:00-da mülkiyyətində və ya dövlət qurumunun istifadəsində olan “Terex Toplift” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı - 02.09.2021-ci il tarixdə saat 10:22-də idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X5 və Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakları təmin edilmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi Dövlət X9 tərəfindən verilmiş 19 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhər Pİ-nin DYPŞ-yə Şəxs MMCyə məxsus “Terex Toplift” 55 yük markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobillə 02.09.2021-ci il tarixdə törədilən inzibati xətaya görə sürücü X2 inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki avtomobili həmin şəxs tərəfindən 05.01.2021-ci il tarixdən 31.12.2022-ci il tarixədək idarə edilməsi barədə məlumatlar Sumqayıt ŞPİ DYPŞ-yə təqdim edilmiş, lakin texniki səhv olaraq 16.11.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən AP ******* №li inzibati xəta haqqında protokol tərtib edilərək Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Eyni zamanda İnformasiya Sisteminin məlumatına əsasən bu günə kimi həmin avtomobilə dair icra edilməmiş cərimə mövcud deyildir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə Məhkəmə belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs MMC barəsində İXMnin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: ünvan 1 ünvanında yerləşən Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar