Məhkəmə qərarları › İş №3(060)-3839/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3839/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3839/2021 20.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Hacıyev sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs - "xxxx"nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, ünvan 1 ünvanında yerləşən "xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hüquqi şəxs «AZƏRBAYCAN RESPUBLİKASİ SUMQAYİT BƏLƏDİYYƏSİ» -nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, «AZƏRBAYCAN RESPUBLİKASİ SUMQAYİT BƏLƏDİYYƏSİ» barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 16 noyabr 2021ci il tarixli AP ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, "xxxx" 16.11.2021-ci il tarixdə saat 11:15-də mülkiyyətində və ya dövlət qurumunun istifadəsində olan “Hyundai Sonata” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı - 09.11.2021-ci il tarixdə saat 13:28-də idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən hüquqi şəxs "xxxx"nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirdi ki, bələdiyyəyə məxsus “Hyundai Sonata” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı - 09.11.2021-ci il tarixdə saat 13:28-də idarə etmiş fiziki şəxs haqqında məlumatı Sumqayıt ŞPİ DYPŞ-nin bu barədə sorğusu daxil olduğu gündən 05 gün müddətində vermişlər. Belə ki həmin sorğu bələdiyyəyə 03.12.2021-ci il tarixdə daxil olmuş, 06.12.2021-ci il tarixdə də sorğuya cavab verilmişdir. Odur ki, inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görəvəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati işin materiallarını araşdıraraq hesab edir ki, "xxxx" inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki iş materiallarına əlavə edilmiş xəbərnamənin surətindən görünür ki, xəbərnamə 11.10.2021-ci il tarixdə imzalanaraq qəbul edilmişdir. İş materiallarında olan səlahiyyətli orqanın sorğusundan görünür ki, «AZƏRBAYCAN RESPUBLİKASİ SUMQAYİT BƏLƏDİYYƏSİ» tərəfindən inzibati xəta hadisəsi 09.11.2021-ci il tarixdə saat 13:28-da törədilmişdir. İş materiallarından isə bu barədə sorğunun bələdiyyə tərəfindən 11.10.2021-ci il tarixdə qəbul edilməsi görünür. Bu isə zaman baxımından qeyri-müəyyənlik yaradır. Bundan başqa iş materiallarından görünür ki, bələdiyyəyə sorğu 03.12.2021-ci il tarixdə daxil olmuşdur. Həmin sorğuya bələdiyyə tərəfindən 06.12.2021-ci il tarixli məktubla Sumqayıt şəhər Pİ DYPŞ-yə məlumat verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" MMC barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: ünvan 1 ünvanında yerləşən "xxxx" (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar