Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-384/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X1 iştirakı ilə, AZ5000, Sumqayıt şəhəri, 53-cü məh. ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 tərəfindən 29 yanvar 2021-ci il tarixdə "Şəxs" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, "Şəxs" MMC tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.09.2020-ci il tarixli, 2 (102)-4198/2020 saylı icra vərəqəsi üzrə cəmi 104 manat ödəniş edilmişdir. Tərtib olunmuş protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş "Şəxs" MMC-nin nümayəndəsi və icra vərəqəsi üzrə tələbkar şəxs Məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirdi ki, tərəfindən 29 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur ona görə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.09.2020-ci il tarixli, 2 (102)- 4198/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh "Şəxs" MMC-dən iddiaçı X2 xeyrinə 46989 manat maddi ziyana görə, 30 manat dövlət rüsumuna görə, dövlət büdcəsinə ekspertiza xərcinə görə 50 manat tutulması müəyyən edilmişdir. Həmin icra sənədi üzrə "Şəxs" MMC tərəfindən cəmi 104 manat ödəniş edilmişdir. Borcun qalan hissəsi üzrsüz səbəblərə görə ödənilməmişdir. Odur ki, Məhkəmədən "Şəxs" MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə protokol tərtib etmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, hüquqi şəxs "Şəxs" MMC tərəfindən törədilmiş əməldə inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.09.2020-ci il tarixli, 2 (102)-4198/2020 saylı icra vərəqəsindən görünür ki, cavabdeh "Şəxs" MMC-dən iddiaçı X2 xeyrinə 46989 manat maddi ziyana görə, 30 manat dövlət rüsumuna görə, dövlət büdcəsinə ekspertiza xərcinə görə 50 manat tutulması müəyyən edilmişdir. İcra sənədi üzrə cavabdeh şəxs tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.09.2020-ci il tarixli, 2 (102)-4198/2020 saylı icra vərəqəsinə əsasən X2 xeyrinə ödənilməli olan 46989 manat maddi ziyan, 30 manat dövlət rüsumu, dövlət büdcəsinə ekspertiza xərcinə görə 50 manatdan cəmi 104 manat ödənilməsi borclu şəxs "Şəxs" MMC tərəfindən qərəzli olaraq icra sənədinin icra olunmamasını göstərir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, "Şəxs" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkəttləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, "Şəxs" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : "Şəxs" MMC (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-384/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-384/2021
23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver