Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3843/2021 13.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağları ev 174 ünvanında yaşayan Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş 10.12.2021-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokola əsasən 09.12.2021-ci il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, 30-cu məhəllə ərazisində ictimai yerdə nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, 09.12.2021-ci il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, 30-cu məhəllə ərazisində Sülh küçəsi istiqamətində yolu keçmək istəyərkən Mercedes markalı avtomobil onlara yol verməmişdir. Əsəbləşərək öz iradını sürücüyə bildirmişdir. Bundan sonar aralarında mübahisə yaranmışdır. Daha sonra YPX əməkdaşları onlara yaxınlaşaraq onları nizam-intizama dəvət etmişdir. Bir neçə dəqiqədən sonra PPX əməkdaşları avtopatrulla həmin yerə yaxınlaşdı və onu aidiyyatı üzrə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə apardılar. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X2 bildirdi ki, 09.12.2021-ci il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, 30-cu məhəllə ərazisində yoldaşının maşını saxladıqdan sonra mübahisə etdiyini gördü. Şəxs söyüş söymədiyini bildirdi. Polis gəldikdən sonra camaat yığışdı. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X6 bildirdi ki, 09.12.2021-ci il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, 30-cu məhəllə ərazisində avtomobillə hərəkət edərkən Sülh küçəsi istiqamətində Şəxs, xanımı və azyaşlı uşağı ilə birlikdə yolu keçirdilər. Bir az qabaqda maşını saxlayıb düşdüyünü bildirdi. Yaxınlaşıb üzürxahlıq etmək istəyəndə, Şəxs onunla aqressiv və səs-küylü danışdığını dedi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş PPX əməkdaşı X8 YPX-nin çağırışı ilə gəldiyini bildirdi. Şəxs söyüş söydüyünü və tabesizlik elədiyini bildirdi. Daha sonra avtopatrula əyləşdirib, apardıqlarını bildirdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş PPX əməkdaşı X1 Nicat Əli oğlunun ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 1 gün inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, vəkilin çıxışını, şahidin ifadəsini dinləyərək və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir, o, həmin maddə ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmadı. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, 1 gün müddətində inzibati qaydada tutulmasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, inzibati xəta törətmiş Şəxs 09.12.2021-ci il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, 30-cu məhəllə ərazisində ictimai yerdə nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilərək həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə edilsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən 1 gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 150 (yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-3843/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3843/2021
13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver