Məhkəmə qərarları › İş №3(060)-3845/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3845/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3845/2021 10.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt ŞPİ 4-cü PB-nin sahə rəisi X1, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs - Şəxs, Zərərçəkmiş şəxs – X2 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsindən daxil olmuş materiallara baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 dekabr 2021-ci il tarixli MN seriyalı ******* saylı, 10 dekabr 2021-ci il tarixli MN seriyalı ******* saylı protokollar və ona əlavə edilmiş materiallar baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt şəhər Məhkəməsinin 10.12.2021-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-3845/2021 saylı, 3(060)-3846/2021 saylı işlər bir icraatda, 3(060)-3845/2021 nömrə ilə birləşdirilmişdir. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 25.11.2021-ci il tarixdə vətəndaş X3 məxsus 01 ədəd direli və kondisioner kompressorunu oğurlamışdır. Bundan başqa o, 28.11.2021-ci il tarixdə vətəndaş X3 məxsus 200 manat dəyərində əmlakı oğurlamışdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta xəta haqqında protokolu tərtib etmiş şəxs X4 protokolda yazılanları təsdiq edərək qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X5 inzibati xəta haqqında protokolda qeyd edilənlərlə razılaşmayaraq bildirdi ki, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 8220 manat maddi ziyan dəymişdir. Oğurlanmış əşyaların siyasını da Məhkəməyə təqdim edir. Odur ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılaraq qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Müdafiəçi Vəkil qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə inzibati xətaya dair iş üzrə zərərçəkmişin, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatlarını və müdafiəçinin çıxışını dinləyərək, iş materiallarını araşdıraraq müəyyən etdi ki, daxil olmuş material natamamdır, ona görə də protokollar və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta haqqında protokol tərtib edilərkən baş vermiş hadisəyə dair iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, dəymiş ziyan dəqiq müəyyən edilməmiş, bununla bağlı zərərçəkmiş şəxsin izahatları iş materiallarına əlavə edilməmiş, inzibati xəta haqqında protokol qanunvericiliyin tələbinə riayət etmədən tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 dekabr 2021-ci il tarixli MN seriyalı ******* saylı, 10 dekabr 2021-ci il tarixli MN seriyalı ******* saylı protokollar və ona əlavə edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar Sumqayıt Şəhər Prokurorluğu vasitəsi ilə Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar