Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-385/2025 24.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin inzibati xəta haqqında 04 fevral 2025-ci il tarixli, EP seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş 04 fevral 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Protokoldan görünür ki, Sumqayıt Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1800/012/000249 saylı raportun araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən alqı-satqı yolu ilə xx.xx.2024-cü il tarixli **********8955 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 1805,71 (bir min səkkiz yüz beş dollar, yetmiş bir sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına köçürülməmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs hüquqi ünvanına xəbərdarlıq və bildiriş məktubları göndərilmiş və ixrac edilmiş malların müqabilində müvəkkil bank hesablarına köçürülməmiş xarici valyutada pul vəsaitlərinin köçürməli olduğuna dair lazımi qaydada xəbərdar edilmiş və ona hüquqi məsuliyyəti barədə qabaqcadan izah verilmişdir. Faktla bağlı araşdırma zamanı Şəxs ünvanına icraatda iştirak üçün xx.xx.2025-ci il tarixli 3-33-1800/2-000099/2025 nömrəli məktub göndərilmiş, lakin nümayəndə qismində çağırış üzrə gələn olmamışdır. DGK X1 Sistemi - hesabat və təhlillər Forma 3.9.2.1 - algı- satgı və konsignasiya üzrə hesabat bölməsi informasiya sisteminə xx.xx.2025-ci il tarixdə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Şəxs ilə Özbəkistan Respublikasında fəaliyyət göstərən “X3 LLC.” şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli EQB19042024 nömrəli alqı-satgı mügaviləsinə istinad etməklə Sumgayit Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********8955 sorğu nömrəli gömrük bəyannaməsi üzrə algı-satgı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların mügabilində hügugi şəxsin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 1805,71 (bir min səkkiz yüz beş dollar, yetmiş bir sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına ganunvericiliklə müəyyən edilmiş müddət ərzində köçürülməmişdir. Mərkəzi Bankın rəsmi internet səhifəsinə həyata keçirilmiş baxış zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixdə xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülletenində göstərilmiş 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsinin 1,70 manat olması müəyyən edilmişdir, 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsinin 1,70 manat olmasını nəzərə alaraq, qeyd olunan tarixə 1805,71 (bir min səkkiz yüz beş dollar, yetmiş bir sent) ABŞ dolları milli valyutaya nisbətdə 3069,70 (üç min altmış doqquz manat, yetmiş qəpik) AZN təşkil edir. Qeyd olunan faktla bağlı 04 fevral 2025-ci il tarixdə Sumqayıt Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsində Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 483-cü maddəsi ilə 00700-00020/25 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Sumqayıt Gömrük İdarəsində rəsmiləşdirməklə gömrük bəyannaməsinin 20ci qrafasında malların “002" - alqı-satqı yolu ilə “mal ixracı zamanı malın dəyəri onun xaricdə satışından əldə olunan vəsait hesabına ixrac faktından sonra ödənildikdə” keçirilmə xüsusiyyətində bəyan edilərək Şəxs ilə Özbəkistan Respublikasında fəaliyyət göstərən “X3 LLC.” şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli EQB19042024 nömrəli mügaviləyə istinad etməklə Sumgayit Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********8955 sorğu nömrəli gömrük bəyannaməsi üzrə algı-satgı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların mügabilində hügugi şəxsin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 1805,71 (bir min səkkiz yüz beş dollar, yetmiş bir sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına ganunvericiliklə müəyyən edilmiş müddət ərzində köçürülməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdig edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarımbəndinin tələblərinə riayət etməklə konsignasiya yolu ilə ixrac edilmiş malların (işlərin, xidmətlərin) mügabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (bir yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin edilməli olduğu halda, xx.xx.2024-cü il tarixli **********8955 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların dəyəri geri gaytarılmayarag, milli valyutaya nisbətdə 3069,70 (üç min altmış dogguz manat, yetmiş gəpik) AZN təşkil edən 1805,71 (bir min səkkiz yüz beş dollar, yetmiş bir sent) ABŞ dolları məbləğində xarici valyutada pul vəsaitinin müvəkkil bank hesabına köçürülməsi təmin edilməmiş, xarici igtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş bank hesabına məcburi gaydada köçürülməli olan xarici valyuta vəsaitləri xaricdən gaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin və protokol tərtib etmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. - 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 1805,71 (bir min səkkiz yüz beş tam yetmiş bir) ABŞ dolları pul vəsaitinin otuz faizi məbləğində, yəni 541,713 (beş yüz qırx bir tam yeddi yüz on üç) ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-385/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-385/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver