Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-386/2023 15.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Zəngilan rayonu, Ağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, X6 Y/M, məhəllə 49, ev 56 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində 10 fevral 2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4637/2019 saylı, xx.xx.2019-cu il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)- 4035/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmiş, nəticədə 5526 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4637/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-4374/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək 10 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay üçün 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulmalıdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-4035/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-4637/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 10 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay təyin edilmiş 160 manat alimentin məbləği artırılmış, 10 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməli, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalı və cavabdeh Şəxs 20 manat dövlət rüsumuna görə pul tutulmalıdır. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləğlərindən heç bir ödəniş etməmişdir. Ona görə də, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bidirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4637/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)- 4374/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək 10 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay üçün 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulmalıdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-4035/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)- 4637/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 10 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay təyin edilmiş 160 manat alimentin məbləği artırılmış, 10 may 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh ondan hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməli, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalı və ondan 20 manat dövlət rüsumuna görə pul tutulmalıdır. Hazırda işdən çıxdığını, lakin mühafizəçi işləməsi üçün sənəd verdiyini və borcdan 400 manat ödəməsi üçün məhkəmədən vaxt istədiyini xahiş etdi. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-386/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs məcburi qaydada məhkəməyə gətirilməsi və o gətirilənədək işin icraatının dayandırılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin 58-5/2- 3333 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinə girilməsi təmin edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər ödənişləri gecikdirmiş və heç bir ödəniş etməmişdir. Buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs tərəfindən icra sənədləri üzrə borcların ödənilməməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 15 may 2023-cü il, saat 17:40-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-386/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-386/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver