Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-387/2023 10.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X3 Agentliyindən daxil olmuş Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı məhkəmə müəyyən etdi: Şəxs Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə ASC) barəsində 09 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar 10 fevral 2023-cü il tarixdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Sənayedə X1 və X3 Agentliyi tərəfindən Şəxs ASC barəsində İXM-nin 276-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun “inzibati xətanın mahiyyəti” hissəsində göstərilmişdir ki, Sumqayıt şəhəri, Bakı-Quba yolu 35 km xx.xx.2023-cü il tarixdə saat 11:55-də dövlət nömrə nişanı **-SV-*** və **-JT-*** olan avtosəbət Dövlət reyesterində qeydiyyatdan keçirilməyib. İXM-nin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. İXM-nin 276-1-ci maddəsinə əsasən təhlükə potensiallı obyektlərin “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələbinə uyğun tərtib olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin İXM-nin 276-1-ci maddəsi ilə təqsirləndirilməsi göstərilsə də, İXM-nin 276-1-ci maddəsinin mahiyyətinə uyğun Şəxs ASC-nin törətdiyi inzibati xətanın mahiyyəti protokolda düzgün qeyd edilməmişdir. Məhkəməyə təqdim edilən inzibati xəta haqqında protokolun xətanın mahiyyətinə aid hissəsində qeyd edilən “Sumqayıt şəhəri, Bakı-Quba yolu 35 km xx.xx.2023-cü il tarixdə saat 11:55-də dövlət nömrə nişanı **-SV-*** və **-JT-*** olan avtosəbətin Dövlət reyesterində qeydiyyatdan keçirilməməsi” ifadəsi İXM-nin 276-1-ci maddəsinin tərkibini yaratmır. İnzibati xəta haqqında protokolda hüquqi şəxs Şəxs ASC tərəfindən dövlət nömrə nişanı **-SV-*** və **-JT-*** olan avtosəbətilərin deyil, məhz təhlükə potensiallı obyektlərin “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyatdan keçirilməməsi qeyd edilməli idi. İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol həmin protokolun tərtib edilməsinə dair İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun olmadığından həmin protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X3 Agentliyindən daxil olmuş, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə tərtib olunmuş MN № ******* saylı, 09 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X3 Agentliyinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-387/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-387/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver