Məhkəmə qərarları › İş №3(060)-3880/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3880/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3880/2021 17.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, X2 16.12.2021-ci il tarixli müraciətinə baxaraq, müəyyən etdi: X1 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində qəbul olunmuş 18.06.2013-cü il tarixli, 08.11.2012-ci il tarixli, 24.08.2012-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlardan şikayət vermə müddətini bərpa edərək həmin qərarların ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən olundu ki, inzibati xəta haqqında qərardan şikayət üzrə icraatı rədd hallar mövcuddur. Barəsində inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş ərizə natamamdır. Belə ki X3 ərizəsində konkret olaraq hansı qərardan şikayət etməsini göstərməmişdir. Qeyd olunan halın mövcudluğu Məhkəməyə yekun nəticəyə gəlməyə imkan vermir. Belə ki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, X2 müraciəti baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 müraciəti baxılmadan geri qaytarılsın. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar