Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3882/2021 16.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, X2 Sumqayıt şəhər Polis İdarəsinin X1 barəsində inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilməsi barədə verdiyi şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X2 Sumqayıt şəhər Polis İdarəsinin X1 barəsində inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin şikayət ərizəsi 16.12.2021-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şikayət ərizəsində hansı qərardan şikayət verildiyi dəqiqliklə qeyd edilməmiş və “protokolun ləğv edilməsi” bildirilmişdir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokola xitam verilməsi nəzərdə tutulmamışdır. Bununla yanaşı şikayət ərizəsi natamam şəkildə Məhkəməyə təqdim olunmuş, ona inzibati tənbeh vermə haqqında qərar kimi lazımi materiallar əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, daxil olmuş materiallar natamamdır və həmin materiallar geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Sumqayıt şəhər Polis İdarəsinin X1 barəsində inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – X3 geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-3882/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3882/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver