Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3883/2021 16.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsindən daxil olmuş materiallara baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 dekabr 2021-ci il tarixli MN seriyalı ******* saylı protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs 24.07.2021-ci il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayonda F.Orucovanın azyaşlı oğluna məxsus velosipedi oğurlamışdır. Məhkəmə inzibati xətaya dair iş üzrə iş materiallarını araşdıraraq müəyyən etdi ki, daxil olmuş material natamamdır, ona görə də protokollar və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, inzibati xətaya dair iş üzrə icraat 03 oktyabr 2021-ci il tarixli, MN ******* saylı qərarla dayandırılmışdır. Lakin iş materiallarına inzibati xətaya dair işin hansı tarixdə təzələnməsi barədə qərar əlavə edilməmişdir. Qeyd olunan xüsusatın mövcudluğu hazırki iş üzrə yekun nəticəyə gəlməyə imkan vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 dekabr 2021-ci il tarixli MN seriyalı ******* saylı protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-3883/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3883/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver