Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3885/2021 17.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Sumqayıt şəhəri Polis İdarəsi 4-cü PB-nin sahə rəisi, polis leytenantı X1, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1990-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi fərdi ev ünvanında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 4-cü X4 Yusif Vüqar oğlu barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair MN ******* saylı, 14.12.2021-ci il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs 14.12.2021-ci il tarixdə saat 00:15 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi 34-cü məhəllə ərazisində YPX inspektoruna tabesizlik göstərmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 bildirdi ki, vət. Şəxs barəsində 14.12.2021-ci il tarixli raport əsasında araşdırma aparılaraq İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki sonuncu 14.12.2021-ci il tarixdə saat 00:15 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi 34cü məhəllə ərazisində YPX inspektoruna tabesizlik göstərmişdir. Odur ki, qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, 14.12.2021-ci il tarixdə saat 00:15 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, 34-cü məhəllə ərazisində yerləşən “Nənəmin təndiri” mağazasının qarşısında özünə məxsus olan Mercedes markalı **-HE-*** qeydiyyat nişanlı avtomobildə əyləşərkən **-AZ-*** qeydiyyat nişanlı maşın saxlayaraq içərisindən mülki geyimdə tanımadığı şəxslər ondan maşından düşməyi tələb etmiş, o da həmin tələbi rədd edib maşında oturaraq YPX əməkdaşının gəlməsini gözləmişdir. Bir qədər sonra hadisə yerinə cəlb olunan PPX avtomobilinə oturaraq 4-cü polis bölməsinə aparılmışdır. Polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru polis baş serjantı X6 bildirdi ki, 14.12.2021-ci il tarixdə saat 00:15 radələrində xidmət aparan zaman Mercedes markalı **-HE-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün tərəfindən saxlanılmış, ona yaxınlaşıb qayda pozuntusunu izah etmiş, barəsində inzibati protokol tərtib olunacağını bildirdikdə sürücü Şəxs çox aqressiv şəkildə nəqliyyat vasitəsindən enərək yüksək səslə xoşagəlməz ifadələr işlətməyə başlamışdır. Sürücünü dəfələrlə nizam-intizama dəvət etsə də sonuncu buna məhəl qoymayıb ətrafda olan dinc əhalinin diqqətini özünə cəlb etmişdir. Buna görə də radio-cihaz vasitəsi ilə PPX-nin əməkdaşlarını köməyə çağırıb sürücünü 4-cü PB-nə təmin etmişlər. Məhkəmə iclasında iştirak edən şahid polis baş serjantı X2 da digər şahid X6 ilə oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil oğlu hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq, inzibati xəta törətmiş şəxsi dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs himayəsində 06.10.2020-ci il təvəllüdlü X5 ad, soyadlı azyaşlı uşağı vardır. Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən Şəxs himayəsində 06.10.2020-ci il təvəllüdlü X5 ad, soyadlı azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşirilən hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14.12.2021-ci il tarixdə saat 01:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Buna görə də inzibati xəta törətmiş Şəxs barəsində tətbiq edilmiş inzibati cərimə mütənasib qaydada azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 05 saat hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3885/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3885/2021
17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver