Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3891/2021 28.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, məhkəmə iclas katibi Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, Sumqayıt Şəhər Polis İdarəsinin MN seriyalı ******* saylı, 24.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair Rüstəmov Məmməd Eldar oğlu tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: Rüstəmov Məmməd Eldar oğlu Sumqayıt Şəhər Polis İdarəsinin MN seriyalı ******* saylı, 24.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsinin MN seriyalı ******* saylı, 24.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından Rüstəmov Məmməd Eldar oğlu tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Materialdan görünür ki, mübahisələndirilən qərar 24.10.2021-ci il tarixlidir, şikayət isə 10 gündən artıq müddət keçdikdən sonra verilmişdir. Eyni zamanda, məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şikayət ərizəsində imzası mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət verən şəxs tərəfindən belə bir vəsatət verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanunun 6.4cü maddəsinə əsasən müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, daxil olmuş materiallar natamamdır. Protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt Şəhər Polis İdarəsinin MN seriyalı ******* saylı, 24.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair Rüstəmov Məmməd Eldar oğlu tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-3891/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3891/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver