Məhkəmə qərarları › İş №3(060)-3894/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-3894/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-3894/2021 17.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər X7, X1 və X2 iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, ünvan 2yan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 17.12.2021-ci il tarixli MN ******* №-li, 17.12.2021-ci il tarixli MN ******* №-li, 17.12.2021-ci il tarixli MN ******* №-li, 17.12.2021-ci il tarixli MN ******* №-li və 17.12.2021-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs 21.11.2021-ci il tarixdən 22.11.2021-ci il tarixə keçən gecə X8 150 manat dəyərində, 12.11.2021-ci il tarixdən 13.11.2021-ci il tarixədək X3 400 manat dəyərində, 04.12.2021-ci il tarixdə X9 100 manat dəyərində, 09.12.2021-ci il tarixdən 10.12.2021-ci il tarixə keçən gecə X4 51 manat dəyərində və 03.12.2021-ci il tarixdən 04.12.2021-ci il tarixə keçən gecə X5 100 manat dəyərində maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-dən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17.12.2021-ci il tarixli MN ******* №-li, 17.12.2021-ci il tarixli MN ******* №-li, 17.12.2021-ci il tarixli MN ******* №-li, 17.12.2021-ci il tarixli MN ******* №-li və 17.12.2021-ci il tarixli MN ******* №-li protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-3892/2021, 3(060)-3893/2021, 3(060)-3894/2021, 3(060)-3895/2021, 3(060)-3896/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-3896/2021 nömrə ilə birləşdirilməlidir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etdiyim məsələlərə görə: • Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir; • işin icraatını rədd edən hallar mövcud deyil; • inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmışdır; • iş üzrə vəsatətlər və etiraz etmə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında işin baxılması Sumqayıt şəhər Məhkəməsinin binasına 17 dekabr 2021-ci il tarixə, saat 17:25-ə təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17.12.2021-ci il tarixli MN ******* №-li, 17.12.2021-ci il tarixli MN ******* №-li, 17.12.2021-ci il tarixli MN ******* №-li, 17.12.2021-ci il tarixli MN ******* №-li və 17.12.2021-ci il tarixli MN ******* №-li protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-3892/2021, 3(060)-3893/2021, 3(060)- 3894/2021, 3(060)-3895/2021, 3(060)-3896/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)- 3896/2021 nömrə ilə işlər bir icraatda birləşdirilsin. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar