Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-39/2025 16.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İHakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında EP № ******* saylı, 24 dekabr 2024-cü il tarixli protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 493-cü maddəsinə əsasən tərtib edilmiş 24 dekabr 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Sumqayıt şəhəri, məhəllə 14, ev 112C, mənzil 109 olan Şəxs MMC-nin ünvanına 34-BVF-408 nömrəli nəqliyyat vasitəsində gələn mallar müvafiq olaraq **********2080 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı sözügedən yüklərin ölkə ərazisinə daxil olduğu tarixdən 15 gün gec bəyan edildiyi müəyyən edilmişdir. İdxal olunan yüklərə dair gömrük bəyannaməsi GM-nin 149.3 maddəsinə əsasən 15 gündən gec olmayaraq gömrük orqanına təqdim edilməli olduğu halda, qeyd olunan yükə aid gömrük bəyannaməsi 15 gün ərzində təqdim edilməmişdir. Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. Bununla da, Şəxs MMC tərəfindən idxal edilmiş mallara dair gömrük bəyannaməsi Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına verilməmiş, nəticədə Şəxs MMC tərəfindən İXM 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli namyəndəsi məhkəmə elektron ünvanına göndərdiyi ərizədə digər məhkəmədə baxılacaq işlə bu işin vaxtları üst-üstə düşdüyündən bu məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və yekun məhkəmə qərarını onların iştirakı olmadan çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmişdir sənədlərdən görünür ki, **********2080 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli Gömrük bəyannaməsindən görünür ki, Çin istehsalı olan 3364 ədəd lampanın Türkiyə Cümhuriyyətindən Şəxs MMC-nin ünvanına göndərilməsi bəyan edilmişdir. Vahid avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarışdan görünür ki, müvafiq olaraq **********2080 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallar xx.xx.2024-cü il tarixində saat 04:41 radələrində, 34-BVF-408 dövlət nömrə nişanlı, “TİRSAN MEGA” markalı nəqliyyat vasitəsində Mazımqara gömrük postundan keçərək ölkəyə giriş etmişdir. Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:27 radələrində qeyd olunan yüklərin rəsmiləşdirilməsi ilə bağlı **********2080 sorğu nömrəli gömrük bəyannaməsi gömrük orqanına təqdim olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Bundan başqa inzibati araşdırma müddətində hüquqi şəxsin direktoru X1 izahat verərək Şəxs MMC-nin maliyyə vəsaiti çatışmazlığından gömrük bəyənnaməsini gömrük orqanına gec təqdim etdiyini təsdiq edərək, təqsiri etiraf etmişdir. İş materiallarında bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bu sübutların mötəbərliyi şübhə doğurmur. Ona görə də İXM-nin 493-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə görə gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Həmin Məcəllənin 149.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 nömrəli “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”-nın təsdiq edilməsi haqqında Qərarın 3.6cı bəndinə əsasən gömrük ərazisinə gətirən mallara dair gömrük bəyannaməsi həmin malların gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. İXM-nin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, Şəxs MMC Türkiyə Respublikasından idxal edilmiş yüklərə dair GM-nin 149.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada gömrük bəyannaməsini malların gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına vaxtında təqdim etməmklə inzibati xətanı törətmişdir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Şəxs MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-39/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-39/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver